Hərbi-elmi konfrans keçirilib FOTOLAR

2018-ci ilin elmi iş planına uyğun olaraq “Müasir silah və hərbi texnikanın idarəetmə sistemlərində rəqəmli topoqrafik və dəniz naviqasiya xəritələrinin tətbiqi” mövzusunda hərbi-elmi konfrans keçirilib. SİA-nın verdiyi məlumata görə, konfransda birlik, birləşmələrin topoqrafiya və hidroqrafiya xidmət rəisləri, xüsusi təyinatlı təhsil müəssisələrində hərbi topoqrafiya fənnini tədris edən müəllimlər iştirak ediblər.

Tədbirdə topoqrafik və dəniz naviqasiya xəritələrinin müasir standartları, onların əhəmiyyəti, hazırlanması və istifadəsi, müasir silah və hərbi texnikanın idarəetmə sistemlərində rəqəmli xəritələrin tətbiqi mövzuları ətrafında müzakirələr aparılıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə