Elşən Musayev susan "ağıllılar"a qarşı çıxdı MÖVQE

“Azərbaycan Prezidentinin köməkçisi Əli Həsənovun şəxsiyyətinə və kimliyinə lap yaxından bələd olan biri kimi deyirəm: Bu insan mərdliyin və mübarizliyin simvollarındandır. Üstəlik, hər zaman üzdədir, gərgin mübarizələrin önündədir və elə bu səbəbdən də nankorların və şərəfsizlərin hədəfindədir!”. SİA-nın verdiyi məlumata görə, bunu millət vəkili Elşən Musayev özünün “facebook” səhifəsində paylaşıb.

Onun sözlərinə görə, Əli Həsənov ədalətsizliyə, riyakarlığa qarşı susmur: “Amma susa bilərdi. Susanların cərgəsinə qoşulardı. Susmaqla özünü “ağıllı” zənn edənlərin yanında olardı, rəsmi, şablon, trafaret cümlələrlə durumu ötüşdürər, vəziyyəti idarə edər, bu boyda zərbəni də üzərinə almazdı…

Bəli, çoxları üçün rahat yol budur – Susmaq! Susmaq və millətin 99 faizinin - mitinqə gəlməyənlərin, radikal müxalifətə dəstək verməyənlərin, bu qaraguruhu sevməyənlərin ən pis formada təhqir olunmasını, onlara hansısa qoturun “imbesil” deməsini sakitcə seyr etmək…

Hərə özünə cavabdehdir. Kimsəni ittiham etmirəm və etməyəcəm. Amma vicdan rahatlığı ilə yaşamağın, üzərimizdəki insanlıq və vətəndaş məsuliyyətinin nə olduğunu bizlər Əli müəllim kimi ləyaqətli insanlardan öyrənmişik. O mayaklar, o şərəf etallonları var olduqca mübarizəmiz davam edəcək! Əzmlə!

Avropada gizlənərək monitor, kamera üzərindən xalqımın dəyərlərinə dil uzadan köpəklərin, başı ilə gövdəsi uyğunsuzluq təşkil edən yexidnaların, erməni lobbisinin dediyini təkrarlayan tutuquşuların kəkillərini biz-biz qoymaq, bu yaramazların layiqli dərsini vermək bizlərə borc olsun”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə