Natiq Məmmədov: "MSK bütün seçicilərin iştirakını təmin etmək üçün zəruri tədbirlər həyata keçirir"

"Mərkəzi Seçki Komissiyası (MSK) aprelin 11-ə təyin edilmiş prezident seçkilərində bütün seçicilərin iştirakını təmin etmək üçün zəruri tədbirlər həyata keçirir". SİA-nın verdiyi məlumata görə, bunu Mərkəzi Seçki Komissiyasının sədr müavini Natiq Məmmədov “Səhhəti ilə əlaqədar seçicilərin müvəqqəti olduqları yerlərdə Azərbaycan Respublikasının Prezidenti seçkilərinin təşkili” mövzusunda seminar müşavirədə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Səhiyyə Nazirliyi ilə təşkil edilən bugünki tədbir seçki prosesinin daha mükəmməl və şəffaf şəkildə həyata keçməsi üçün nəzərdə tutulur.

N.Məmmədov qeyd edib ki, bütün fəaliyyət seçicilərin prosesdən razı qalmasına yönəlib.

Sədr müavini vurğulayıb ki, Azərbaycan ötən illər ərzində böyük seçki təcrübəsi qazanıb.

Qeyd edək ki, aprelin 11-də Azərbaycanda prezident seçkiləri keçiriləcək.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə