Müşavir Türkiyə XİN-ə çağırılıb

Niderland səfirliyinin müşaviri Türkiyə Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, müşavirə Niderland parlamentinin 1915-ci il qondarma "erməni soyqırımı"nın tanınması barədə qərarı ilə əlaqədar etiraz bildirilib.

Türkiyə XİN Niderland parlamentinin qərarını kəskin pisləyib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə