ONN İnformasiya Agentliyinin təqdimatı olub TƏDBİR-FOTOLAR

Böyük media ailəsinə yeniliklərlə oxucularını sevindirəcək yeni üzv gəlir.

Bu günlərdə ONN İnformasiya Agentliyi fəaliyyətə başlayıb. SİA-nın verdiyi məlumata görə, Agentliyin təqdimatı ilə bağlı Beynəlxalq Mətbuat Mərkəzində tədbir keçirilib.

Tədbirdə bildirilib ki, Agentliyin rəsmi saytı olan ONN media internet portalı vasitəsi ilə Azərbaycanda və dünyada baş verən ən son ictimai-siyasi, sosial, mədəni və tarixi hadisələri obyektiv, qərəzsiz, tərəfsiz olaraq informasiya kimi yayır. Siyasi analizlər, videogörüntülər, proqnozlar, müsahibələr təqdim edir.

Eyni zamanda “Unutmayaq, unutdurmayaraq” yeni rubrika açmaqla dəyərlərimizi xatırlatmağa, unutdurmamağa, gənc, istedadlı, yaradıcı, şair, yazıçı, elm adamlarını oxuculara tanıtdırmağa, el adətləri, folklorumuzun təbliğinə və s. geniş yer verməyi prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirib.

Agentlik fəaliyyətinin əsas ana xəttinin demokratiyanın inkişafına töhfə vermək, müstəqəlliyimizin qorunması, dövlətçiliyimizin inkişafına xidmət etməkdən ibarət olduğunu bildirir.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...