İslam ölkələrindən "Şərqi Qüds"lə bağlı ÇAĞIRIŞ

İstanbulda Qüdslə bağlı keçirilən İslam Əməkdaşlıq Təşkilatının (İƏT) zirvə toplantısında Şərqi Qüdsün Fələstinin işğal altındakı paytaxtı kimi tanınması çağırışının ediləcəyi gözlənilir. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə diplomatik mənbələrdən məlumat əldə edilib.

Xəbərə görə, fövqəladə sammitdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın "Bütün dünyaya Şərqi Qüdsü Fələstinin işğal altındakı paytaxtı kimi tanıtmaq" çağırışı toplantının yekun bəyannaməsində də öz əksini tapacaq.

İslam ölkələri bəyannamədə Şərqi Qüds ilə bağlı çağırış üçün beynəlxalq ictimaiyyətdən müsbət cavab vermələrini xahiş edəcəklər.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə