Baş nazirin müavini: "Sarkisyan özünü ifşa etdi"

"BMT Baş Assambleyasının 72-ci sessiyasında Ermənistanın cinayətkar prezidenti Serj Sarkisyanın çıxışı həyasızlığın, abırsızlığın ən yüksək dərəcəsinə qalxdı. 25 ildir ki, Azərbaycan torpaqlarını işğal altında saxlayan Ermənistanın cinayətkar rejimi Sarkisyanın bu çıxışı ilə ifşa olundu". SİA-nın xəbərinə görə, bunu baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov "İlham Əliyev bizi Cocuq Mərcanlıya qaytardı" kitabının və "Böyük Qayıdışın başlanğıcı" filminin təqdimatında çıxışında söyləyib.

Onun sözlərinə görə, Ermənistan prezidenti BMT kürsüsündə tərbiyəsizliyini ortaya qoydu: "O çıxışı zamanı çıxışında əzilib, büzülür, Azərbaycan Prezidenti İlham Əliyev isə BMT Baş Assambleyasının sessiyasında çıxışında qürurla durmuşdu. Prezident çıxışında bildirdi ki, torpaqlarımlz işğaldan azad ediləcək. Azərbaycan prezidenti çıxışında son 25 ildə ölkəmizdə görülən işləri sadaladı. Dövlət başçımız çıxış edən zaman zalı heç kim tərk etmədi. Azərbaycan prezidentinin çıxışı başa çatan zaman Ermənistan nümayəndə heyətinin üzvü eynəyini çıxarıb masaya çırpdı. Bu, Azərbaycan prezidentinin necə uğurla çıxış etməsinin, Serj Sarkisyanın isə özlərini ifşa etməsinin bir nəticəsi idi, Ermənistan nümayəndə heyətinin üzvü hərəkəti ilə bunu etiraf edirdi ".

Baş nazirin müavini bildirib ki, Azərbaycan və Ermənistan xalqları bu münaqişədən yorulublar: "Erməni xalqı sülh istəyirsə, Sarkisyan-Koçaryan rejimindən can qurtarmalıdırlar. Cünki bu cinayətkarlar Azərbaycan xalqının o torpaqlarda qanını tökərək hakimiyyətə gəliblər. Erməni xalqı sülh şəraitində yaşamaları üçün bu rejimdən can qurtarmalı, normal bir hakimiyyət qrumalı, bir normal ermənini hakimiyyətə gətirməlidirlər. Azərbaycan Prezidenti BMT-də çıxışı zamanı özünü insanlığın ən yüksək səviyyəsinə qaldırdı. Ermənistan prezidenti isə özünü ən aşağı səviyyəyə saldı".

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə