Acı yeməklər orqanizmə infeksiya düşməsinin qarşısını alır

Alimlər belə nəticəyə gəliblər ki, acı ədviyyat əlavə olunmuş xörəklər orqanizmə infeksiya düşməsinin qarşısını alır. Bundan əlavə, acı qidaların həvəskarları ürək xəstəliklərindən də daha az əziyyət çəkirlər. Mütəxəssislərin fikrincə, hind ədviyyatı olan karri xüsusilə ahıl yaşlarında kəmağıllığın qarşısını alır. Çoxsaylı testlər göstərib ki, acı ədviyyat xəstələnmə riskini 40 faiz aşağı salır.

Acı ədviyyatın tərkibindəki maddə sinir toxumalarının yaranmasına kömək edir və onlar üçün zərərli oliqomerləri azaldır. Ekspertlərin hesab edirlər ki, xəstəliklər beyin hüceyrələrini yavaş-yavaş dağıdır və kəmağıllığa gətirib çıxarır.

Buna görə də qadınların və gənclərin acı ədviyyatdan istifadə etməsi yaxşıdır. Bu ədviyyat həzm prosesini yaxşılaşdırır və infeksiyaların orqanizmə düşməsinin qarşısını alır.

Bütün xəbərlər Facebook səhifəmizdə