DİQQƏT: Xərçəng yaradan bu dərmanlar məhv edilir!

Tailandın Qida məhsullarına və dərmanlara nəzarət idarəsi hipertoniya xəstəliyinin müalicəsində istifadə olunan 5 növ dərman vasitəsini ölkə apteklərindən və xəstəxanalarından yığışdırmağa qərar verib. Trend-in məlumatına görə, bu dərmanların yerli şirkətlər tərəfindən istehsal olunduğu, əsas inqrediyentinin Çindən gətirildiyi və tərkibində onkoloji xəstəliklərə səbəb olan maddələrin aşkar edildiyi bildirilir.

İdarə son vaxtlarda bu dərmanlardan istifadə edən pasiyentlərdən xahiş edir ki, təcili olaraq həmin dərmanları aldıqları aptek və xəstəxanalara qaytarsınlar: "Bu dərmanlar məhv edilməlidir".

Geri çağırılan dərmanlar Tailandın "Silom Medical" firması tərəfindən istehsal olunan qan təzyiqinə nəzarət üçün qəbul edilən "Valatan 80", "Valatan 160", həmçinin "Unison Laboritories"in istehsal etdiyi "Valsarin 80", "Valsarin 160" və "Valsarin 320"-dir.

Bütün xəbərlər Facebook səhifəmizdə