Dəhşətli qəza 5 nəfər avtomobildə yandı

İranın cənub-qərbində Fars vilayətində dəhşətli avtomobil qəzası baş verib. SİA-nın məlumatına görə, bunu İranın Fars vilayəti fövqəladə hallar idarəsinin rəsmisi Həsən Himməti deyib.

H.Himmətinin sözlərinə görə, Firuzabad-Şiraz magistral yolunda 2 avtomobilin "pikap"la toqquşması nəticəsində yanğın baş verib və 5 nəfər həlak olub.

O, qəzada yaralanan 3 nəfərin xəstəxanaya yerləşdirildiyini bildirib.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...