Bakıda 20 yaşlı qızı maşın vurub qaçdı

Bakıda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib. Trend-in məlumatına görə, hadisə paytaxtın Nizami rayonu ərazisində baş verib. Nizami rayonu, Özbəkistan küçəsində Bakı şəhər sakini, 1999-cu il təvəllüdlü Nərminə Rəsulova naməlum avtomobil tərəfindən vurulub.

Bütün xəbərlər Facebook səhifəmizdə