Bakıda qəbiristanlıqdan oğurluq edən iki nəfər saxlanılıb

Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 13-də Bilgəh qəsəbəsi ərazisindəki qəbiristanlıqda qəbirlərdən birinin kənarına quraşdırılan alüminiumdan olan çəpəri oğurlamaqda şübhəli bilinən 2 nəfər saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya bildirilib ki, araşdırmalarla onların paytaxt sakinləri Hüseyn Ağayev və Kamran Ağayev olmaları müəyyənləşdirilib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə