Lənkəran Peşə Liseyində daha bir yenilik

Peşə Təhsili Müəssisələri və Ümümtəhsil Məktəblırinin əməkdaşlığında yeni mərhələ

Təhsilimizə fayda verə biləcək daha bir yenilik İlk dəfə olaraq Lənkəranda baş tutub. SİA-nın məlumatına görə, ilk dəfə olaraq Peşə Təhsili Müəssisəsi və Ümümtəhsil Orta Məktəbi bir yerdə İKT-dən istifadə etməklə biologiya fənnindən bərabər Onlayn dərs keçiblər. Belə ki, Lənkəran Peşə Liseyi və V.Əliyev adına Lənkəran Şəhər 4 N-li Hümanitar Təmayüllü Məktəb Lisey bu layihəni bərabər gerçəkləşdirə biliblər. Məktəbin şagird və müəllimləri orta məktəbdə biologiya fənninfən əldə etdikləri nəzəri bilikləri İKT vasitəsilə ilə praktiki biliklərlə möhkəmləndiriblər.

Lənkəran Peşə Liseyinin direktoru Afər Kərimov yenilik barədə əməkdaşımızla söhbətində bildirib ki, birbaşa yayım Lənkəran Peşə Liseyinin ərazisində fermer və bitkiçilik üzrə ixtisaslaşan qruplarının istifadəsində olan istixanalardan aparılıb. Liseyin ixtisaslı müəllimləri İKT vasitəsi ilə şagirdlərə əyani şəkildə müxtəlif növ bitkilərin çoxaldılması, mühafizəsi, inkişafı, aqrotexniki qulluq, məhsulun yığım qaydaları, regiona xas olan bitkilərin inkişafı haqqında məlumat verib və praktiki məşqələləri göstəriblər.

Qeyd edək ki, bu tədbir müxtəlif təhsil pilləsi olan müəssisələrin əməkdaşlığında İKT-nin nə dərəcədə böyük rol oynadığını göstərməklə, şagirdlərın təhsil alma prosesində motivasiyasının artırllmasına xidmət edir və peşə təhsilinin təbliq olunmasında bir yenilikdir.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...