“Naxçıvanla Azərbaycanın quru yolu ilə bağlanması mühüm tarixi hadisə olacaq” - ŞƏRH EDİLDİ
Azərbaycan Prezidentinin Naxçıvan səfəri yeni tarixi mərhələdə, yeni reallıqlar əsasında Naxçıvanın gələcək inkişaf tendensiyalarını müəyyənləşdirəcək. Eyni zamanda bu səfər Naxçıvanla Azərbaycanın qarşıdakı mərhələdə quru yolu vasitəsilə bir-birinə bağlanması istiqamətində qəbul edilmiş qərarların icrasına başlanması baxımından da mühüm əhəmiyyət daşıyır.
Bu sözləri SİA-ya açıqlamasında deputat Hikmət Məmmədov deyib.

O bildirib ki, ona görə də Azərbaycan Prezidentinin Naxçıvan səfərini bir neçə kontekstdə qiymətləndirə bilərik. Hər şeydən öncə, bu səfər Naxçıvan əhalisinin sosial-iqtisadi rifahının yaxşılaşdırılması, Naxçıvanda yeni sənaye parkının yaradılması, hidroelektrik qurğularının inşa edilməsi, universitet üçün yeni yataqxananın tikilməsi və yeni yaşayış məhəllələrinin salınması kimi mühüm layihələrlə əlamətdardır:
“Digər tərəfdən, Azərbaycan Prezidentinin Naxçıvan səfərinin beynəlxalq və regional əhəmiyyəti də xüsusi diqqət çəkir. Prezidentin qeyd etdiyi Naxçıvan dəmir yolunun bərpası, eyni zamanda dəmir yolu xətlərinin həm cənub, həm də qərb istiqamətində regional dəmir yolu infrastrukturuna inteqrasiyaya hazırlanması və ən əsası, bu marşrutların bütövləşdirilməsi mühüm məsələdir.
Bu, həm regional, həm də qlobal əhəmiyyət daşıyan hadisə kimi yadda qala bilər. Eyni zamanda Azərbaycan xalqının uzun illərdir gözlədiyi bağlantının bərpası istiqamətində atılan mühüm addımdır.
Naxçıvanla Azərbaycan arasında cəmi 40 kilometr məsafə olmasına baxmayaraq, bu əlaqə uzun illərdir müxtəlif səbəblərdən məhdudlaşıb. Son 35 ildə isə faktiki olaraq tamamilə kəsilib. Ona görə də hazırda bu istiqamətdə yolun açılması bütövlükdə Azərbaycanın sosial-iqtisadi həyatında mühüm rol oynayacaq.
Məsələnin digər mühüm tərəfi isə İran və qardaş Türkiyə ilə dəmir yolu əlaqələrinin qısa müddətdə yenidən əsas kommunikasiya vasitələrindən birinə çevrilməsi ilə bağlıdır. Azərbaycan Prezidenti Naxçıvan səfəri zamanı həm Şimal-Cənub, həm də Şərq-Qərb dəhlizlərindən danışdı. Düşünürəm ki, bu məqamın özü səfərin nə qədər böyük strateji əhəmiyyət daşıdığını göstərir”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)
.jpg)


USD
EUR
GBP
RUB