Mikayıl Cabbarov Rusiyanın ticarət naziri ilə görüşüb

Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov bu gün Moskvada Rusiyanın sənaye və ticarət naziri Denis Manturovla görüşüb. Görüşdə 2019-cu ilin yanvar-sentyabr aylarının nəticələrinə görə, Rusiya ilə Azərbaycan arasında ticarət dövriyyəsinin 25 faizdən çox artaraq 2,2 milyard ABŞ dollarına çatdığı bildirilib. Avtomobil və maşınqayırma sahələrinin ikitərəfli əməkdaşlığın mühüm istiqamətlərindən olduğunu qeyd edən tərəflər aviasiya sənayesi, gəmiqayırma, kənd təsərrüfatı, əczaçılıq sənayesi və digər sahələrdə əməkdaşlıq məsələlərini də müzakirə ediblər.

Nazir Mikayıl Cabbarov Rusiya Federal Antiinhisar Xidmətinin rəhbəri İqor Artemyev ilə də görüşüb. Rusiyada antiinhisar xidmətinin fəaliyyət istiqamətləri və görülən işlər haqqında Azərbaycanın iqtisadiyyat nazirinə ətraflı məlumat verən İ.Artemyev bu sahədə ölkəmizin müvafiq qurumları ilə əməkdaşlığın inkişafında maraqlı olduqlarını diqqətə çatdırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...