Aşqabadda SPECA işçi qrupunun dayanıqlı nəqliyyat, tranzit və əlaqə mövzusunda 24-cü iclası keçirilir

Aşqabadda BMT-nin Mərkəzi Asiya ölkələrinin İqtisadiyyatı üçün Xüsusi Proqramının (SPECA) işçi qrupunun dayanıqlı nəqliyyat, tranzit və əlaqə mövzusunda 24-cü iclası keçirilir.

SİA xəbər verir ki, iclasda SPECA ölkələrində dayanıqlı nəqliyyat, tranzit və nəqliyyat layihələri, nəqliyyatın sadələşdirilməsi, beynəlxalq konvensiya və sazişlərin icrası, əlaqələndirici mexanizmlərin yaradılması və istismarı məsələləri müzakirə edilib.

Ölkəmizi bu tədbirdə İqtisadiyyat nazirinin müavini Sahib Məmmədovun rəhbərliyi ilə nümayəndə heyəti təmsil edir. İclasda üzv ölkələrdə intermodal nəqliyyatın sadələşdirilməsi üçün limanların inkişafı, həm Özbəkistan-Türkmənistan-İran-Oman marşrutu, həm də “Lapis-Lazuli” miltimodal nəqliyyat dəhlizinin (Əfqanıstan-Türkmənistan-Azərbaycan-Gürcüstan-Türkiyə) əhəmiyyəti müzakirə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...