Səngəçal–Çeyildağ avtomobil yolunun tikintisinə 11,6 milyon manat ayrılıb

Səngəçal–Çeyildağ avtomobil yolunun tikintisinə 11 milyon 600 min manat vəsait ayrılıb. SİA xəbər verir ki, Prezident İlham Əliyev avqustun 16-da “Qaradağ rayonunun Səngəçal–Çeyildağ avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb.

Sərəncama əsasən, 6 min nəfər əhalinin yaşadığı 2 yaşayış məntəqəsini birləşdirən Səngəçal–Çeyildağ avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 11,6 milyon manat vəsait ayrılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə