Yeni avtobuslarda internet niyə işləmir? AÇIQLAMA

Yeni avtobuslarda olan internet sistemi əvvəllər yüksək səviyyədə işləməsinə baxmayaraq hazırda işləmir. Buna 1, 5, 18, 61 və bir sıra nömrəli avtobuslar daxildir. Məsələ ilə bağlı BNA-ya müraciət etdik.

BNA-nin İctimai əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev SİA-ya açıqlamasında bildirdi ki, yenilənmiş bir sıra marşurutlarda internet sistemi var. O sistem ola bilsin müəyyən səbəbdən bir neçə günlük yoxdur . Lakin bizim qarşımızda duran əsas məsələlərdən biri bütün avtobusların yenilənməsidir. Birinci növbədə onlar yenilənməli, texniki tərəfdən araşdırılmalı ondan sonra internet və müxtəlif sistemlərlə təmin oluna bilər. Yəni əsas məqsəd sərnişinləri normal texniki baxımdan yararlı, müasir avtobuslarlarla təmin etməkdir. Bu istiqamətdə də işlər aparılır ki, yeni avtobuslar alınsın. Çünki, şəhərlər arası bəzi avtobuslar yenilənsə də şəhər kənarı qəsəbələrdə yetərincə texniki baxımdan nasaz avtobuslar var. Belə olan halda internet sistemindən danışmaq hələlik tezdir. Birinci avtobusları yeniləyək daha sonra internet və başqa yeniliklər də tətbiq ediləcək. Lakin hazırda internet məsələsi daşıyıcıların məsuliyyəti altındadır.

Mais Ağayev qeyd edib ki, bu marşurutların axşam və səhər saatlarında gecikməsinin səbəbi isə tıxaclarla bağlıdır. Yolda olan tıxac səbəbindən marşurutun ünvana gəlib çatmasında müəyyən qədər problemlər yaşanır və bu barədə də tədbirlər görülür.

Müəllif: Ruqiyyə Nəcəfzadə

Bütün xəbərlər Facebook səhifəmizdə