Dünya birjalarında əlvan metalların qiymətində ucuzlaşma qeydə alınıb. SİA-nın xəbərinə görə, COMEX-də sonuncu hərraclarda qızılın unsiyasının qiyməti 2,60 dollar azalaraq 1 263,90 dollara, gümüş isə 0,05 dollar ucuzlaşaraq 16,53 dollara satılıb.

Amerika fond bazarında Dow Jones indeksi 0,39% - 21 796,55 bəndədək artıb, S&P 500 0,10% - 2 475,42 bəndədək, NASDAQ isə 0,63% - 6 382,19 bəndədək ucuzlaşıb.

Avropa fond bazarlarında FTSE 100 indeksi 0,12% - 7 443,01 bəndədək, Almaniya DAX-ı 0,76% - 12 212,04 bəndədək, Fransa CAC-40-ı isə 0,06% - 5 186,95 bəndədək azalıb.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə