"Müsabiqədə məqsəd uşaqların bacarıqlarını inkişaf etdirməkdir" - ÖZƏL

"Xətai Sənət Mərkəzinin elan etdiyi “Mənim yay tətilim-2019” adlı respublika uşaq rəsm müsabiqəsi davam edir. Seçim iki yaş kateqoriyası - 12 yaşa qədər, 12-17 yaşarası üzrə keçirilir. Sərgidə nümayiş üçün seçilən işlərin müəllifləri diplomla və fəal tədris mərkəzləri (dərnək, incəsənət məktəbi və s.) təşəkkürnamə ilə təltif olunacaq". SİA-nın məlumatına görə, Mərkəzin direktoru Zahid Əvəzov bildirib ki, müsabiqə Təhsil Nazirliyinin 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi, Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti (QSC), Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqının dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə reallaşıb. “Nəsimi ili” çərçivəsində gerçəkləşən müsabiqə məktəblilərin yay istirahətlərinin zövqlü keçməsi və tətil ərzində diqqətini çəkən hadisələri öz düşüncələri ilə tabloda əks etdirmək bacarıqlarını inkişaf etdirmək məqsədi ilə həyata keçirilir.

Müsabiqədə iştirak etmək üçün www.xsm.az saytında tədbirlər bölümündəki “Mənim yay tətilim- 2019” və ya http://xsm.az/site/menimyaytetilim2019/ linkinə daxil olub 1 və ya 2 əsərin fotosunu daxil etməklə göstərilən anketi doldurmaq tələb olunur. Qeydiyyat oktyabr ayının 15-dək aparılacaq. Sərgi Xətai Sənət Mərkəzində açılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə