UNESCO-nun Bakı sesiyası yaddaşlarda necə qaldı? - SORĞU- ÖZƏL

UNESCO-nun Ümumdünya İrs Komitəsinin Bakıda keçirilən 43-cü sessiyası ilə bağlı tanınmış insanlar, ziyalı və sənət adamları özəl fikirlərinin SİA ilə bölüşüblər. Səslənən fikirləri oxuculara təqdim edirik:

"Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzinin UNESCO-nun Ümumdünya İrs Siyahısına qəbul olunduğu sessiyaya sədrlik etmək mənim üçün böyük şərəf idi. Bu mədəni irs nümunəsinin Ümumdünya İrs Siyahısında yer alması Azərbaycan xalqının dünya mədəniyyətinə verdiyi töhfəyə beynəlxalq səviyyədə verilən qiymətdir". Bunu Braziliyanın UNESCO-dakı daimi nümayəndəsi Mariya Edileuza söyləyib.

Bu münasibətlə xalqımızı təbrik edən qonaq bunu Azərbaycanın böyük uğuru kimi dəyərləndirib. O, bildirib ki, qədim tarixə malik Şəki Böyük İpək Yolu üzərində yerləşən mühüm sənət və ticarət mərkəzi olub. Xanım Mariya Edileuza əlavə edib ki, Şəki Xan Sarayı təkcə Azərbaycanın deyil, bəşəriyyətin mədəni irsi hesab olunur.

“UNESCO-nun 43-cü sessiyasının Bakıda keçirilməsi və Şəki Xan Sarayının UNESCO-nin Dünya İsr Siyahısına qəbul edilməsi oduqca önəmli hadisədir. Bundan sonra Azərbaycanın maddi və mədəni abidələri dünyanın diqqətini daha çox çəkəcək və bu abidə türist axınına daha çox səbəb olacaq". Bu sözləri millət vəkili Ağacan Abiyev deyib.

O, əlavə edib ki, Şəki qədim İpək Yolunun mərkəzində yerləşir. Bu məbədin tarixi zənginliyi, akustikası görənləri valeh edir: "Bu saray və ətraf ərazilərin UNESCO siyahısında olması bu məkana diqqəti saha da çoxaldacaq. Bu münasibətlə ölkə rəhbərimiz İlham Əliyevin Azərbaycan xalqını təbrik etməsi, birinci-vitse prezident Mehriban Əliyevanın göztərdiyi diqqət də təqdirəlayiqdir. Bu mühüm qərarın verilməsində Azərbaycan dövlətinin böyük diqqəti, payı var. Ölkə rəhbəri qeyd etmişdir ki, Şəkinin tarixi mərkəzində keçmişimizi özündə təcəssüm etdirən Şəki Xan Sarayı, karvansaraylar, məscid və minarələr, qədim körpülər, sənətkarlıq emalatxanaları və yaşayış evləri bu gündən etibarən təkcə xalqımızın deyil, bəşəriyyətin mədəni irsi hesab olunur".

"Mən bu qərarın verilməsinə çox sevindim. Şəkini bütün dünya tanımalı, insanlar Azərbaycan mədəniyyətini, tarixini daha yaxşı bilməlidirlər. Şəki Xan Sarayının UNÜSCO-nun Dünya İrs Siyahısına salınması ölkəmiz üçün xeyir gətirəcək. Bu münasibətlə mən də öz xalqımızı təbrik edirəm". Bu fikriləri tanınmış pianist, Əməkdar artist İslam Manafzadə deyib.

Maestro bildirib ki, Şəki Xan Sarayının Azərbaycan mədəniyyətində öznəməxsus yeri var: " Şəkidə gözəl yerlər, körpülər, kilsə və maraqlı məkanlar var. Bu məkanlar bizim tariximizi, mədəniyyətimizi təcəssüm etdirir. Bir musiqiçi kimi, belə gözəl xəbəri eşitmək olduqca xoşdur. Arzu edirəm ki, bu qərardan sonra Şəkidə gözəl konsertlərlə çıxış edək. Qoy əcnəbilər görsünlər ki, Azərbaycan qədim sivilizasiyanın beşiyi, mədəni və qədim insanın məskən saldığı müqəddəs məkandır".

"Şəki şəhərinin tarixi hissəsi və Şəki Xan Sarayının UNESCO-nun Ümumdünya İrs Siyahısına salınması xalqımızın mədəni irs tarixində mühüm hadisədir. Şəki Azərbaycanın dolbər güşələrindən biridir. Bu Sarayın hər guşəsində tarixin qoxusu var. Biz bu ərazidə dəfələrlə musiqili proqramlarda iştirak etmişik. Şəkinin həm havası, həm görünüşü, həm də tarixi insanda gözəl ab-hava yaradır". Bu fikirləri Xalq artisti, sevilən muğam ustası Mənsum İbrahimov deyib.

O, əlavə edib ki, Şəki dünyanın diqqətini çəkməyə layiq məkandır: "Şəkinun UNESCO-nun Dünya İrs Siyahısına salınması qərarına çox sevindim. Burada gözəl, mədəni layihələrin keçiriləcəyinə də ümid edirəm. Azərbaycanın dünya ölkələri araasında daim öz yeri, mövqeyi olub. Vətənini sevən hər bir Azərbaycan vətəndaşı bu mühüm qərara yalnız sevinə, fərəhlənə bilər".

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...