Forumda nazirlərin görüşü keçirilir - FOTOLAR

Bu gün Bakı Konqres Mərkəzində V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilir. SİA-nın məlumatına görə, növbəti panel nazirlərin yüksək səviyyəli görüşü olub.

Tədbiri giriş sözü ilə mədəniyyət naziri Əbülfəs Qarayev açıb. O,bildirib ki, yalnız bizim ölkədə deyil, bütün ölkələrdə mədəniyyətin inkişafına nail olmalıyıq: “Biz tərəfdaşlarımızdan çox məmnunuq və bu birliyin davamını diləyirik. Bu Forum mədəni irsin qorunmasına xidmət göstərir. Bu istiqaməti daim inkişaf etdirməliyik”.

Sonra tədbirdə BMT-nin nümayəndəsi Miguel Angel Moratinos çıxış edib. O, qeyd edib ki, bu Forum olduqca vacib və əhəmiyyətlidir: “Biz alyansın əsas məqsədlərinə çalışırıq. KİV-lə isə oxşar tərəflərimiz var: bu, xəbərin doğru verilməsi və düzgünlükdür”.

Daha sonra Avropa Şurası baş katibinin müavini xanım Qabriella Battauni-Dragoni danışıb. O, bildirib ki, “Dəqiq transformatik fəaliyyət üçün mədəniyyətlərarası dialoqun səfərbər olunması” mövzusu olduqca vacibdir: “Bu proqram önəmlidir. Mədəniyyətlərarası şəhərlər birdən peyda olmur. Bunun üçün müvafiq dəstək və icra lazımdır”.

Qeyd edək ki, tədbir müxtəlif ölkələrdən gələn nazirlərin çıxışları ilə davam edir.

Bütün xəbərlər Facebook səhifəmizdə