"Dünyanın daha çox dialoq qurmağa ehtiyacı var"

Ümumiyyətlə, bilirik ki, dünya konfliktlərlə doludur. Etnik ziddiyyətlər, dini ziddiyyətlər kifayət qədər artmış və son günlərdə həm Yeni Zellandiyada, həm Şri-Lankada, dünyanın digər məkanlarında baş verən hadisələr ona əsas verir ki, dünyanın daha çox dialoq qurmağa ehtiyacı var. Bu sözləri Mədəniyyət Nazirliyinin aparat rəhbərinin müavini, Forumun əməliyyat qrupunun rəhbəri Vasif Eyvazzadə SİA-ya müsahibəsində deyib.

"Dinlərin qarşılıqlı təşviq olunmasına ehtiyac var. Bu kontekstdə Azərbaycan Respublikasının prezidenti Cənab İlham Əliyevin irəli sürdüyü Bakı prosesi unikal bir layihədir və BMT tərəfindən də təsdiq olunub" -deyə Forumun əməliyyat qrupunun rəhbıri münasibət bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə