Gənc bəstəkarlar Filarmoniyada bir araya gələcək - KONSERT

Bakıda tanınmış gənc bəstəkarların əsərlərindən ibarət konsert proqramı təqdim olunacaq. SİA-nın məlumatına görə, M. Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında reallaşacaq konserti Fuad İbrahimovun dirijorluğu ilə Ü. Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri müşayiət edəcək.

Fevralın 22-də təqdim ediləcək konsertdə respublikanın tanınmış istedadlı gənc incəsənət ustalarının bir-birindən parlaq ifaları səslənəcək. Konsert çərçivəsində xalq mahnıları və təsniflərin də ifa olunması nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə