“Eurovision-2019” beynəlxalq uşaq mahnı müsabiqəsi Polşada keçiriləcək.. - MÜSABİQƏ

“Eurovision-2019” beynəlxalq uşaq mahnı müsabiqəsi Polşanın Krakov şəhərində keçiriləcək. Bu barədə Avropa Yayım İttifaqının baş direktoru Noel Kerran bildirib. SİA-nın məlumatına görə, 2018-ci ildə Polşadan olan 13 yaşlı ifaçı Roksana Vengel Minskdə keçirilən “Eurovision” uşaq mahnı müsabiqəsinin qalibi olub.

Qeyd edək ki, böyüklər üçün “Eurovision” mahnı müsabiqəsindən fərqli olaraq, “Eurovision” uşaq mahnı müsabiqəsinin qaydalarına görə, qalib ölkə müsabiqəni avtomatik olaraq növbəti il təşkil etmə hüququ əldə etmir. Növbəti müsabiqənin keçiriləcəyi yer təqdim olunan müraciətlər əsasında müəyyən edilir.

Bütün xəbərlər Facebook səhifəmizdə