Tanınmış rəssam Soltan Soltanlının rəngkarlıq əsərlərindən ibarət “Yüksək ideyalar yolunda“ adlı sərgisi açılıb. SİA-nın məlumatına görə, sərgidə rəssamın son iki ildə yaratdığı 30 rəngkarlıq əsəri nümayiş olunub. Tədbirin açılış mərasimində çıxış edən professor Rafiq Əliyev sərginin əhəmiyyətindən danışıb.

Rəssamın qeyri-adi yaradıcılıq üslubundan danışaraq Soltan Soltanın əsərlərini Azərbaycan rəssamlığında yeni yanaşma kimi dəyərləndirib: “Hər bir rəssam həyata, rənglərə başqalarından daha fərqli yanaşır. Soltan Soltanlı da öz yaradıcılıq üslubu ilə əsərlərinə diqqəti cəlb etməyi və insanları düşündürməyi bacaran rəssamdır”.

Qeyd edək ki, yanvarın 17-dək davam edəcək sərgidə rəssamın “Gələcəyin şəhəri”, “Atotaran”, “Gizli qalmış gözəllik”, “Əsir qadın”, “Kəpənəktutan qadın”, “Xəstə qızılgüllər”, “Ala qoyun hara getdi” və başqa əsərləri nümayiş olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə