“Böyük Britaniya Azərbaycan rəssamlarının gözü ilə"

Oktyabrın 14-də İçərişəhərdə açıq havada “Böyük Britaniya Azərbaycan rəssamlarının gözü ilə” adlı plener keçiriləcək. SİA-nın məlumaına görə, plener Böyük Britaniyanın ölkəmizdəki səfirliyinin təşəbbüsü, Mədəniyyət Nazirliyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və “Arts Council Azerbaijan” təşkilatının birgə dəstəyi ilə təşkil olunacaq.

Yaşlı və gənc fırça ustalarının sənət əsərlərinin yer alacağı plener çərçivəsində Böyük Britaniyanın adət və ənənələri, mədəniyyəti, eləcə də təbiəti rəssamlar tərəfindən tablolara köçürüləcək.

Tədbir iki ölkə arasında mədəni sahədə qarışlıqlı əməkdaşlıq əlaqələrinin inkişafına dəstək məqsədi daşıyır.

Bütün xəbərlər Facebook səhifəmizdə