Öz dəsti-xətti ilə heç kimə bənzəməyən sənətkar (Portret cizgiləri)

Azərbaycan ədəbiyyatının, rejissurasının, jurnalistikasının tanınmış simalarından biri, Prezident mükafatçısı, Əməkdar incəsənət xadimi Ağalar İdrisoğlunun 68 yaşı tamam olur. Ömrünün müdrik çağını yaşayan və böyük məhsuldarlıqla işləyən Ağalar İdrisoğlu həyatdakı uğurlara özünün istedadı, böyük zəhmətinin, yuxusuz gecələrinin, dərin biliyinin, təxəyyülünün, səbrinin və yaxşı təşkilatçılığının hesabına nail olub.

Onun həyat tarixçəsinin qısa məzmunu ilə tanış olduqda bunun tam şahidi oluruq. Ağalar İdrisoğlu ( Mehdiyev) 1950-cı ilin mart ayının 16-da Masallı rayonunun Digah kəndində anadan olub. Digah kənd 8 illik və Nəriman Nərimanov adına Masallı şəhər 2 nömrəli tam orta məktəbini bitirib. İlk əmək fəaliyyətinə Masallıdakı Maşın Traktor Stansiyasında dispetçer kimi başlayıb. Sonra iki il ordu sıralarında xidmət eləyib. Hələ orta məktəbdə oxuduğu illərdə Adil Səfərov və Şakir Həsənovun Masallı şəhər Mədəniyyət Evində yaratdıqları Miniətür Teatrında Ağalar İdrisoğlunun həvəskar aktyor kimi çalışması onu 1971-ci ildə Mirzə ağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun ( indiki Dövlət Mədəniyyət və İncəsənət Universiteti) darm və kino aktyorluğu fakültəsini gətirib. O, 1975-ci ildə həmin ali məktəbin dram və kino aktyorluğu fakültəsini bitirib. Təyinatla Şəki Dövlət Dram Teatrına getsə də altı aydan sonra Sumqayıt Dövlət Dram Teatrı rəhbərliyinin təklifi ilə bu teatra gəlib və aktyor kimi öz işini burada davam etdirib. 1981-ci ildə Moskvadakı A. V. Lunaçarski adına Dövlət Teatr Sənənti İnsitutunun ( indiki Beynəlxalq Teatr Akademiyası) rejissorluq fakültəsinə daxil olub və 1986-cı ildə isə həmin ali məktəbin musiqili teatrlar rejissorluğu fakültəsini bitirib.

Ağalar İdrisoğlu 16 yaşından bədii yaradısılıqla, jurnalistika ilə məşğul olur. İlk miniətürləri və məqaləlri 1966-67-cı illərdən “Azərbaycan pioneri” və Masallıda çıxan “Çağırış” qəzetlərində çap olunub. O, 43 ildir ki, peşəkar teatr sənətində çalışır. Bu vaxta qədər aktyor kimi 40-dan artıq rollarda oyanıb və rejissor kimi 120-dən çox bir-birindən maraqlı tamaşalara orijinal üslubda, yüksək peşəkarlıqla quruluş verib.

O, 26 il Sumqayıt Gənclər Xalq Teatrının, Əbdürrəhim bəy Haqverdiyev adına Ağdam Dövlət Dram Teatrının, Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Musiqili-Dram Teatrının, Azərbaycan-Dağıstan Beynəlmiləl Teatr Truppasının baş rejissoru, bədii rəhbəri, direktoru vəzifələrində işləyib. Azərbaycan Teatr Xadimləri İttifaqının katibi, idarə heyyətinin üzvü və Sumqayıt Bölgə Şöbəsinin sədri olub. Harada işləməsindən asılı olmayaraq, həmişə çalışıb ki, öz işini yüksək peşəkarlıqla yerinə yetirsin. Məhz buna görə də onun rəhbərlik elədiyi teatrlar Ağalar İdrisoğlunun sayəsində həmişə respublikanın aparıcı teatrları olub.

Ömrtünün 50 ilindən çoxunu bədii yaradıcılığa həsr eləyən Ağalar İdrisoğlu nasir, daramatur, publisist, jurnalist kimi “Ramiz İslanoğlu sorağında”, “Sərhədsiz dünyamız”, “Ömrün akkordları”, “Şahidin şahidləri, şəhidləri”, “Qaranlığı yaran işıq, “Bir alim ömrünün səlmaməsi” pomanlarının, “Vicdan mühakiməsi”, “Ulu

Tanrı və ağ gəmi əhvalatı”, “Bura Vətəndir”, “Kəfənini geymiş qoca”, “Ömür yolları”, “Teatr sənətinin aşiqi” povestlərinin, “Həyatin astanasında”, “Qonaq”, “İnan mənə”, “Məhkəmədən əvvəl məhkəmə”, “Şah İsmayıl”, “İmam Şamil”, “Çarəsiz oyun”, “Öz qanunları olan şəhər, “Hörmüçək toru”, “Qibləgahım Xocalı”, “Azadlığa gedən yol” və başqa pyeslərin, 20-dən artıq teatrlaşdırılmış tamaşalar üçün ssenarilərin, 50-dən çox hekayələrin, esselərin, elegiyaların, pritçaların, novellaların, 1000-dən çox publisist yazıların, məqalələrin, oşerklərin, ressenziyaların, portret yazıların, müsahibələrin müəllifidir.

Ağalar İdrisoğlunun “İnan mənə”, “Ən xoşbəxt gün”, “Məhkəmədən əvvəl məhkəmə və ya kəfənini geymiş qoca”, “Ramiz İslamoğlu sorağında və ya əkmə qəm ağacı”, “Dünya azərbaycanlıları” (müştərək), “Qaranlığı yaran işıq” ( Maarif Teymurla birgə), “Bir alim ömrünün səlnaməsi”, “Vicdan mühakiməsi”, “Dözə bilmədi” ( Sadıq Murtuzayevlə birgə), “Könüllərdə yaşayan sənətkar” (müştərək), “General Xudu Borçalı” ( Veys Xudiyevlə birgə), “Milyonları xalq üçün xərcləyən İnsan” ( Rəhman Orxanla birlikdə) kitabları çap olunub. Dörd kitabı – “İmam Şamil” ( Sadıq Murtuzayevlə birlikdə), “Şah İsmayıl” ( pyeslər toplusu), “Anamın nağılı” ( hekayələr, novellalar, esselər, elegiyalar toplusu) və “Sərhədsiz dünyamız” sənədli, publisit romanı çapa hazırlanır. 10-dan çox topluda hekayələri, pyesləri, tərcümə etdiyi əsərlər çap olunub. Dünya xalqlarının 10 pyesini dilimizə tərcümə eləyib.

Onun özünün yazdığı pyesləri və tərcümə elədiyi pyeslər Ağdam, Mingəçevir, Füzuli, Gəncə Dövlət Dram Teatrlarında, Sumqayıt Dövlət Musiqili-Dram Teatrında, Dövlət Gənclər Teatrında, keçmiş Sovetlər Birliyinin bir neçə Teatr-Studiyalarında tamaşaya qoyulub.

Ağalar İdrisoğlunun “İnan mənə” pyesi 1985-cı ildə Ümumittifaq gənc dramaturqlar müsabiqəsində 48 dramaturqun pyesləri arasında 3-cü dərəcəli mükafata layiq görülüb. “Şah İsmayıl” pyesi Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin 2010-cu ildə keçirdiyi müsabiqədə 34 pyesin içərisində 2-ci dərəcəli mükafata layiq gərülüb. (Birinci dərəcəli mükafat isə heç bir pyesə verilməyib.) “İnan mənə” pyesi 1986-cı ildə SSRİ daramaturqlarının “Məhəbbət və başqaları” adlı antalogiyası kitabında çap olunub.

Onun quruluş verdiyi tamaşalardan Akif Həsənoğlunun “Yanmış evin nağılı” Osman Mirzəyev adına mükafata və özünün yazdığı “Şah İsmayıl” tarixi faciəsi “Qızıl Dərviş” mükafatına layiq görülüb. Quruluş verdiyi tamaşalardan bir neçəsi isə Mədəniyyət Nazirliyinin pul mükafatına layiq görülüb.

1980-cı ildə Moskvada SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində oynadıqları, Feyruz Məmmədovun “Bir bayraq altında” teatrlaşdırılmış tamaşası 15 respublikanın kollektivləri arasında ən yaxşı tamaşa kimi “Qızıl” medala layiq görülüb. Bu tamaşanın quruluşçu rejissoru kimi Ağalar İdrisoğlu da “Qızıl” medala layiq görülüb. Eləcə də həmin vaxtlar onun rəhbərlik etdiyi Sumqayıt Gənglərinin Xalq Teatrına bu maraqlı tamaşanı SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin səhənəsində yüksək peşəkarlıqla ifa etdiklərinə görə kollektivin bir neçə üzvünə də “Qızıl”, “Gümüş” medallar verilib. 2005-cı ildə Ağalar İdrisoğlu ilin ən vətənpərvər rejissoru kimi “Avropa Mətbuu Evi”nin təsis etdiyi “Qızıl” medala layiq görülüb.

O, 50 ildən artıq yaradıcılığı dövründə həmişə çalışıb ki, birinci olsun və gedilməyən yollarla getsin. Belə ki, Ağalar İdrisoğlu doğulduğu Masallı rayonunun və yaşadığı Sumqayıt şəhərinin ilk peşəkar dramaturqu, Moskvada təhsil alan ilk peşəkar teatr rejissoru, teatr təşkilatçısı və ilk Əməkdar incəsənət xadimidir.

Gənc dramaturq kimi ilk dəfə Azərbaycan respublikasını Riqada, Minskdə, Ukraynada, Maldovada və başqa yerlərdə seminarlarda məhz o, təmsil edib.

Ağdam və Sumqayıt Dövlət teatrlarının tarixində ilk dəfə məhz Ağalar İdrisoğlu bədii rəhbər-direktor işləyib.

Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrı məhz onun ideyası və təşkilatçılığı ilə Musiqili-Dram Teatrı olub və teatra əlavə 80 ştat verilib. 1977-ci ilin mart ayında Sumqayıt şəhərinin tarixində “Ümid” adlanan Teatr-Studiyanı da məhz Ağalar İdrisoğlu yaradıb. 12 il bundan qabaq Şabran rayonunda Mədəniyyət və Turizm Şöbəsinin nəzdində yaraılan “Şabran” Teatr-Studiyası da məhz onun ideyası və təşkilatçılığı ilə yaradılıb. Hər iki Teatr-Studiyaya da uzun illər özü rəhbərlik eləyib. Orada bir-birindən maraqlı tamaşalara quruluş verib və çoxlu istedadlı gəncləri kəşf eləyib. Onların peşəkat teatr sənətinə, incəsənətin başqa növlərinə, ədəbiyyat aləminə gəlməsində böyük işlər görüb.

Azərbaycan peşəkar teatrları işərisində ilk dəfə məhz onun rəhbərlik elədiyi Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Musiqili-Dram Teatrı Qazaxıstan respublikasının Cambul və Çimkənt vilayətlərində, Gürcüstan respublikasının Qabal, Telavi rayonlarında, Vladiqazqazda və bütövlükdə Dağıstan respublikasında çox böyük uğurla qastrol səfərlərində olub. Bu kollektiv həmin yerlərdə Azərbaycan mədəniyyətini yüksək peşəkarlıqla təmsil eləyib və çoxlu Fəxri- Fərmasnlarla respublikamıza qayıdıb.

Azərbaycan peşəkar teatr sənətinə dünyanın tanınmış dramaturqları, Nobel mükafatı laureatları Alber Kamyunun, Slavomir Mrojekin, dramaturqlar Aleksandr Suxovo-Kabılınin, Vasili Şukşinin, Georgi Xuqayevin, Georgi Caqarovun, Eduard Babrovun, Aleksandr İvaşenkonun, Leonid Juxavitskinin, Kiril Obalenskinin və başqalarının gəlişi də məhz Ağalar İdrisoğlu ilə bağlıdır. O, həmin dramaturqların bəzilərinin pyeslərini dilimizə tərcümə eləyib və bəzilərinin pyeslərinə Azərbaycan teatr səhnəsində ilk dəfə quruluş verib. Eləcə də bir neçə cavan Azərbaycan dramaturqun pyeslərinin peşəkar teatr səhnəsinə gəlişində də Ağalar İdrisoğlu az iş görməyib.

2013-cü ildə ona yazıçı kimi Prezident mükafatı verilib. Elə həmin ilin iyin ayının 25-də isə ədəbiyyat və incəsənət sahəsindəki xidmətlərinə görə, Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamı ilə Ağalar İdrisoğlu (Ağalar İdris oğlu Mehdiyev) Əməkdar İncəsənət Xadimi fəxri adına layiq görülüb.

Ağalar İdrisoğlu hal-hazırda quruluşçu rejissoru olduğu Azərbaycan Dövlət Gənc Tamaşaçılar Tetrinda bir-birindən maraqlı tamaşalara quruluş verir və uzun illər şöbə müdiri işlədiyi “Azad Azərbaycan” qəzetinin səhifələrində tez-tez maraqlı hekayələri, məqalələri, esseləri, elegiyaları, ressenziyaları, portret yazıları ilə çıxış edir. Az.PRESS. az, Sia.az, Axar.az, AZİM.az və başqa saytlarda, “Ədəbiyyat”, “Mədəniyyət” , “Ədalət”, “525” “Azad qələm”, “Sərbəst düşüncə” və sairə qəzetlərdə, “Azərbaycan”, “Ulduz”, “Qobustan”“Naxış” və başqa jurnalında biri-birindən maraqlı hekayələri, esseləri, elegiyalari, pritçaları, publisist yazıları, məqalləri, ressenziyaları çap olunur.

Biz də çoxminli oxucularımız, tamaşaçılarımız adından, Respublikanın Əməkdar İncəsənət Xadimi, dəyərli ziyalı, uzun illər həyatını Azərbaycan dövlətinə, dövlətçiliyinə sərf eləyən, bu mövzularda çoxlu maraqlı yazılar yazan, Qarabağ müharibəsinə həsr etdiyi orijinal yazılarında ermənilərin işğalçılıq siyasətini dünya mətbuatına çıxaran və saytlar vasitəsi ilə dünya xalqlarına çatdıran Ağalar İdrisoğlunu ad günü münasibəti ilə təbrik edib, ona həyatda can sağlığı və yaradıcılıqda yeni-yeni uğurlar arzu edirik. Onun bundan sonra da quruluş verəcəyi tamaşaları, bədii əsərlərini, məqalələrini, publisist yazılarını səbirsizliklə gözləyirik. İnanırıq ki, Ağalar İdrisoğlu bundan sonra da heç kimə bənzəməyən öz yaradıcılığı ilə oxucularını, quruluş verəcəyi orijinal üslublu tamaşaları ilə tamaşaçılarını sevindirəcək.

Aktyor, rejissor, yazıçı, dramaturq, jurnalist , publisist, teatr təşkilatçısı Ağalar İdrisoğlu haqqında ressenziyalar, kitablar yazmaq istəyən teatrşünastlar, jurnalistlər üçün aşağıda onun oynadığı rolların və quruluş verdiyi tamaşaların, kitablarının siyahısın dərc edirik.

Teatrlarda aktyor kimi oynadığı rolların siyahısı.

Mirzə ağa Əliyev adına Dövlət İncəsənət İnstitutunda diplom tamaşaları

1. Cəfər Cabbarlının «Almaz» - Camal

2. Səməd Vurğunun «İnsan» - Filosof Şahbaz

3. Mixail Lermontovun «Maskarad» - Knyaz Zvezdiçkin, Nökər

H. Ərəblinski adına Sumqayıt Dövlət Musiqili-Dram Teatrında

1. İsgəndər Coşqunun (S.Vurğunun eyni adlı poeması əsasında) «Komsomol poeması» - II Çoban

2. Mehriban Nəzərovun «Dost əli» - Dərviş

3. Anarın «Adamın adamı» - Fənd Fərəc

4. Cəfər Cabbarlının «Almaz» - Camal

5. Gennadi Bokarevin «Poladəridənlər» - Eynəkli oğlan

6. Mixail Lermontovun «Maskarad» - Knyaz Zvezdiçkinin nökəri

7. Cəfər Cabbarlının «Vəfalı Səriyyə» - Məhərrəm

8. Feyruz Məmmədovun «Meşədə döyüş» - Kirpi

9. İsidor Ştokun «İlahi komediya» - Mələk

10. Oktay Məmmədovun «Mehrişah» - İran sərkərdəsi

11. Cəfər Cabbarlının «Almaz» - Camal, Barat ( İkinci quruluşda.)

12. Maksim Karimovun «Toy şənbə günü olacaq» - Mənzil sahibi

13. Hacıbaba Nəzərlinin «Ayıl bax bu dünyaya» ( «Sabir») – Setraq

14. Tofiq Kazımovun «Muradın kələkləri» - Feyruz

15. Nəriman Həsənzadənin «Bütün Şərq bilsin» - Rejissor və Ernest Hemenquey

16. İvan Karaçalenin «İtirilmiş məktub» - İonesku

17. Camal Yusifzadənin «Səhər qatarı» - Manaf

20. Azat Abdullinin «On üçüncü sədr» - Davud Bəyimov

21. Mövlud Süleymanlının «Özü-özünü oynayan qız» - Təzəbəy

22. Vladir Kondratyevin «Saşka» - Leytenat Volodiya

A.V.Lunaçarski adına Dövlət Teatr Sənəti İnstitutunda kurs tamaşalarında

1. Samuel Marşakın «Pişiyin evi» - Ayı

2. Üzeyir Hacıbəyovun «Arşın mal alan» - Əsgər

3. Cəlil Məmmədquluzadənin «Poçt qutusu» ( t. e. Əziz Şərif, səh. A. İdrisoğlu) - Rəis

4. Mixail Mininin «Lamançalı adam» (Servantesin « Don Kixot» əsəri əsasında) - Sanço Panso

5. Mixail Burqakovun «Kabala svyatoş» ( «Molyer» ) - Molyer

6. Mixail Zoşenkonun «Cinayət və cəza» ( səh. A. Barmak, A. İdrisoğlu) - Qorbuşkin

7. Mixail Zoşenkonun ( səh. A. Barmak və A. İdrisoğlu) «Aktyor» - Aktyor

8. Vera Panovanın «Saputniki» (səh. A. Barmak və A. İdrisoğlu)- kapitan Maxaradze və qızıl əsgər Məmmədov

Əbdürrəhim bəy Haqverdiyev adına Ağdam Dövlət Dram Tetarında

1. Cəfər Cabbarlının «Oktay Eloğlu» - Aslan bəy

2. Zəlimxan Yaqubun «Aşıq Ələsgər» - Qoca aşıq

3. Aleksandr İvaşenkonun «Uşağa bir üç yazın» - Kladezni

Azərbaycan və Dağıstan Beynəlmiləl Teatr truppasında

1. Ağalar İdrisoğlu «Salam gətirmişik» - Konferansye

2. Ağalar İdrisoğlu «Dostluq töhfələri»- Koferansiye

3. Ağalar İdrisoğlu «Novruz gəldi yaz gəldi»- Koferansiye

Teatrlarda rejissor kimi quruluş verdiyi tamaşaların siyahısı

«Ümid» Teatr- Studiyasında və Sumqayıt Gənclərinin Xalq Teatrında

1. Səməd Vurğun «Azərbaycan» ( şeiri 15 respublika millətlərinin dilində)

2. Kirill Obalenski ( t. e. A. İdrisoğlu) «Qadınlar günü, kişilərin bayramı»

3. Cəlil Məmmədquluzadə «Kamança»

4. Qalib Əhmədov «Usta Haşım»

5. Ağalar İdrisoğlu «Törtöküntülərin aqibəti»

6. Anar «Zəncir»

7. Ağalar İdrisoğlu «Həyatın astanasında»

8. Feyruz Məmmədov «Anasının gül balası»

9. Kərim Həsənov «Sehirli yaylıq»

10. Vasili Şukşin ( t. e. A. İdrisoğlu) «Diribaş adamlar»

11. Feyruz Məmmədov «Bir bayraq altında»

12. Loğman Rəşidzadə «Kukla teatrı»

13. Arif Hacıyev «Səhra məhkəməsi»

14. Ağalar İdrisoğlu «Əməyə eşq olsun»

15. Aleksandr Xmelik «Milyonçu Laptev»

16. Ağalar İdrisoğlu «Meydan oyunları»

17. Ağalar İdrisoğlu «Doğum evinin qarşısında»

18. Rüstəm İbrahimbəyov «Təmas»

19. Ağalar İdrisoğlu «Sumqayıt səhifələri»

20. Ağalar İdrisoğlu «Çarəsiz oyun»

A.V. Lunaçarski adına Dövlət Teatr Sənəti İnstitutunda ( kurs tamaşaları)

1. Cəlil Məmmədquluzadə «Poçt qutusu»

2. Mixail Zoşenko «Aktyor»

3. Üzeyir Hacıbəyov «Arşın mal alan»

4. Anton Pavloviç Çexov «Ayı », «Elçilik»

5. Vasili Şukşin ( hekayələri əsasında) «Mikraskop»

6. Vera Panova ( səh. A. Barmak və A. İdrisoğlu) «Sapuntiki»

7. Mixail Minin «Lamançalı adam»

Əbdürrəhim bəy Haqverdiyev adına Ağdam Dövlət Dram Teatrında

1. Məhərrəm Əlizadə «İlk qurban»

2. Loğman Rəşidzadə «Toya bir gün qalmış»

3. Eduard Bobrov ( t. e. Zakir Abbas) «Vicdanla üz-üzə»

4. Alber Kamyu ( t. e. Vaqif Əlixanlı) «Qismət»

5. Mirzəağa Atəş «Şərəfin sandığı»

6. Zəlimxan Yaqub «Aşıq Ələsgər»

7. Georgi Caqarov (t. e. Tofiq Məmmədov) «Prokuror»

8. Georgi Xuqayev ( t. e. Ağalar İdrisoğlu) «Qaqutsa, Babutsa, Danel, Dardanell»

9. Aleksandr İvaşenko (t. e. Fikrət Sultanov) «Uşağa bir üç yazın!»

10. Cəfər Cabbarlı «Oktay Eloğlu»

11. Ağalar İdrisoğlu «Yeni il nağılı»

12. Əli Səmədli «Analar və oğullar»

13. Leonid Cuxavitski ( t. e. Camal Yusifzadə) «Şahzadə və bacatəmizləyən»

14. Ağalar İdrisoğlu «Novruz gəldi, yaz gəldi»

15. Roza Qarabağlı «Məhəbbətin işığında»

16. Ə. B. Haqverdiyev, C. Məmmədquluzadə, M. Zoşenko, V. Şukşin ( t. e. və səhnələşdirəni Elmira Mehdiyeva) «Oyunbazlar»

Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Musiqili-Dram Teatrında

1. Nəcəf bəy Vəzirov «Ağa Kərim xan Ərdəbilli» ( Valeh Kərimovla birlikdə)

2. Rafiq Səməndər «Dəyişmə»

3. Camal Yusifzadə «Səhər qatarı»

4. Aleksandr İvaşenko ( t. e. Fikrət Sultanov) «Uşağa bir üç yazın!»

5. Ağalar Mirzə «Məlikməmmədin yeni sərgüzəştləri»

6. Georgi Xuqayev ( t. e. Ağalar İdrisoğlu) «Qocaların məhəbbəti»

7 Üzeyir Hacıbəyov «Arşın mal alan»

8. Georgi Xuqayev ( t. e. Ağalar İdrisoğlu) «Varlı ev»

9. Akif Həsənoğlu «Yanmış evin nağılı»

10. Akif Həsənoğlu «Dünyaxanım ev axtarır» (Valeh Kərimovla birlikdə)

11. Ağalar İdrisoğlu «Şah İsmayıl»

12. Ağalar İdrisoğlu «Yeni ilin sevincləri»

13.Ağalar İdrisoğlu «Sabir Rüstəmxanlının portret cizgiləri»

14. Əbdürrəhim bəy Haqverdiyev və Jan Kever «Ağa Məhəmməd şah Qacar» (Şahmar Qəribli ilə birlikdə)

Azərbaycan-Dağıstan Beynəlmiləl Estrada Teatr truppasında

1. Ağalar İdrisoğlu «Dostluq töhfələri» ( Səhənciklər və mahnılar əsasında)

2. Ağalar İdrisoğlu «Novruz gəldi yaz gəldi»

3. Ağalar İdrisoğlu «Salam gətirmişik» (Azərbaycan və Dağıstan xalqlarının mahnıları, rəqsləri, şeirləri və səhnəcikləri əsasında teatrlaşdırılmış konsert-tamaşa)

Azərbaycan Dövlət Gənclər Teatrında

1. Ağalar İdrisoğlu «İnan mənə»

2. Zeydulla Ağayev «Haray»

3. Vaqif Əlixanlı « Anaların fəryadı» ( monotamaşa)

4. İlyas Əfəndiyev «Məhv olmuş gündəliklər»

5. Aleksandr Suxovo-Kobılin «Tarelkinin ölümü»

6. Hidayət «Məhəbbət yaşayır hələ»

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında

1. Vaqif Əlixanlı «Əcəl atı»

2. Firuz Mustafa «Pələn ili»

3. Panço Paçev «Dörd əkizin nağılı»

4. Xanımana Əlibəyli “Aycan”

Azərbaycan Dövlət Qusar Ləngi Dram Teatrında

1. Mirzə Fətəli Axundzadə «Xırs quldurbasan».

Şabran rayon Mədəniyyət və Turizm Şöbəsinin nəzdindəki «Şabran» Teatr-Studiyasında

1. Ağalar İdrisoğlu, Mehparə Cəfərova «Adın şərəflidir sənin ey qadın» ( tamaşa-konsert)

2. Ağalar İdrisoğlu və Cabir Əmrahov «Novruz gəldi yaz gəldi» ( teatrlaşdırılmış tamaşa-konsert)

3. Cabir Əmrahov, Ağalar İdrisoğlu «Vətən ağrıları, Vətən dərdləri» ( tamaşa)

4. Ağalar İdrisoğlu «Sülh günəşli ellər atası» (tamaşa)

5. Ağalar İdrisoğlu, Mehparə Cəfərova «İstiqlal marşı» ( tamaşa-konsert)

6. Cabir Əmrahov, Ağalar İdrisoğlu «Xocalı harayı» ( tamaşa)

7. Ağalar İdrisoğlu, Cabir Əmrahov «Novruz gəldi, yaz gəldi» ( teatrlaşdırılmış tamaşa-konsert)

8. Ağalar İdrisoğlu « Qarabağ havayı» tamaşa

O, Sumqayıt şəhərində, Ağdam və Şabran rayonlarında keçirilən əmək, incəsənət teatrlaşdırılmış bayramların, Natəvan qızlar teatrlaşdırılmış bayramların, yeni il, Novruz teatrlaşdırılmış şənliklərinin, «Cıdır» yarışı el şənliyinin ssenari müəllifi və quruluşçu rejissoru olub. 40-dan çox belə teatrlaşdırılmış tamaşa-konsertlərin quruluşçu rejissoru da məhz Ağalar İdrisoğlu olub.

Beləliklə, Ağalar İdrisoğlu peşəkar teatr sənətindəki aktyor və rejissor kimi 43 illik yaradıcılıq fəaliyyətində 40 rol oynayıb və 120-dən çox tamaşaya və tamaşa-konsertə quruluş verib.

Çap olunan kitabları

1. İnan mənə ( pyes ayrıca, rus dilində).

2. Ən xoşbəxt gün ( pyes ayrıca, rus dilində).

3 Məhkəmədən əvvəl məhkəmə və ya Kəfənini geymiş qoja.

4. Ramiz İslamoğlu sorağında və ya Əkmə qəm ağacı.

5. Qaranlığı yaran işıq ( Maarif Teymurla birlikdə).

6. Dünya azərbaycanlıları (Azərbaycan və rus dillərində, müştərək).

7. Bir alim ömrünün səlnaməsi.

8. Vicdan mühakiməsi.

9. Dözə bilmədi ( Sadıq Murtuzayevlə birlikdə)

10. Könüllərdə yaşayan sənətkar (müştərək)

11. General Xudu Borçalı və onun şəcərəsi ( Veys Xudiyevlə birgə)

12. Milyonları xalq üçün xərcləyən İnsan ( Rəhman Orxanla birgə)

On beş kitabda, toplularda hekayələri, esseləri, pyesləri və tərcümə etdiyi pyeslər çap olunub.

Ağalar İdrisoğlu uzun illər Azərbaycanın ayrı – ayrı teatrlarına rəhbərlik etdiyi və bədii yaradıcılıqla məşğul olduğu vaxtlarda, siyasi arenada liderlərdən biri kimi görünməsə də, siyasəti hoqqabazlığa, şantaja çevirənləri, rüşvəti, inhisarçılığı, nadanlığı, təmiz insanların haqqının tapdalanmasını özümün bədii, publisistik əsərlərində, məqalələrində, quruluş verdiyi tamaşalarda ifşa edib, onları kəskin tənqid atəşinə tutub.

Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Teatr Xadimləri İttifaqının, Azərbaycan Jurnalistlər Birliyinin və Yeni Azərbaycan Partiyasının üzvüdür.

Ailəlidir. Üç övladı, dörd nəvəsi var. Həyatının ən çətin məqamlarında da ailə üzvləri ona arxa-dayaq olurlar.

Fəridə RƏHİMLİ

Jurnalist-publisist

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...