ATMU tələbələrinə sertifikatlar təqdim olunub

Azərbaycan Turizm və Menecment Universitetinin rektoru İlham Mədətov fevralın 23-də Azərbaycanda ilk dəfə olaraq yanvarın 4-dən 11-dək “Gilan Hospitality Group”un təşkilatçılığı ilə Qəbələ şəhərində keçirilən XII Beynəlxalq “Veselo” Yumor və Musiqi Festivalında könüllü olaraq fəaliyyət göstərən universitet tələbələri ilə görüşüb.

SİA-nın məlumatına görə, rektor İ.Mədətov bu festivalın Qəbələnin turizm imkanlarının xarici turistlərə təqdim edilməsi baxımından əhəmiyyətli olduğunu diqqətə çatdırıb. Tədbirin əsas təşkilatçısı “Gilan Hospitality Group”un rəhbərlliyi tərəfindən ATMU tələbələrinin festivalda bələdçi statusunda uğurlu fəaliyyətlərini universitetin ixtisaslı kadr hazırlığına böyük rəğbəti kimi dəyərləndirib. Azərbaycan Turizm və Menecment Univeritetinin rektoru İlham Mədətov və müvafiq struktur rəhbərləri tərəfindən səmimi qarşılandıqları üçün təşəkkür edən “Gilan Hospitality Group”un Təlim üzrə meneceri Rəşad Hüseynzadə və Qrup satış meneceri Fərid Dibirov universitet tələbələrinin təmannasız fəaliyyətlərindən, işgüzarlıqlarından məmnun qaldıqlarını bildirdilər. Tələbələrin könüllülük fəaliyyətlərinin müsbət qiymətləndirilməsini rəsmiləşdirmək məqsədilə “Gilan Hospitality Group” tərəfindən təsis olunan sertifikatlar tələbələrə təqdim olunub.

Qeyd edək ki, 2009-cu ildən keçirilən festival ilk dəfə Yunanıstanda, növbəti illərdə isə İordaniya, Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə və Ukraynada təşkil edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə