“Adam” bədii filminin təqdimatı keçiriləcək

22 dekabr 2017-ci il tarixində, saat 19:00-da Nizami Kino Mərkəzində görkəmli kinorejissor, Dövlət Mükafatı Laureatı Şamil Mahmudbəyovun 1996-cı ildə çəkdiyi, lakin istehsalı rejissorun ölümündən sonra, 2010-cu ildə dövlət sifarişi ilə “Yeni dalğa” prodüser mərkəzində tamamlanmış “Adam” qısametrajlı bədii filminin təqdimatı keçiriləcək.

SİA-nın məlumatına görə, film insanların bir-birinə qarşı olan etinasızlığından, vəfasızlığından və ümumilikdə insan tənhalığından bəhs edir.

Ssenari müəllifləri Balaş Abbaszadə, Nəriman Əbdülrəhmanlı, quruluşçu operatoru Nizami Abbas, prodüseri Rasim Həsənovdur. Filmdə əsas rolları Arif Kərimov, Ruslan Nəsirov, Rahib Əliyev, Arif Qasımov, İdris Rüstəmov, Bəhram Bağırzadə, Elxan Quliyev, Yuri Rjov, Zilli Namazov və Sona Quliyeva ifa edirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...