Dövlət Teatrı beynəlxalq festivalda iştirak edəcək

24-cü Beynəlxalq Uşaq və Gənclər Teatr Festivalında iştirak edəcək. Festival dekabrın 1-dən 6-dək İranın Həmədan şəhərində keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyindən SİA-ya bildiriblər ki, teatr kollektivi tamaşaçılar qarşısına gənc yazıçı Pərvin Nurəliyevanın "Dəcəl keçi" əsəri ilə çıxacaq. Tamaşada rolları Qızılgül Quliyeva, Əbülfəz Axundov, Niftulla Əsgərov, Təranə Fərəcova, Sayad Əliyev, Emin Fərzullayev, Ülkər Quliyeva və Nizami Qurbanov ifa ediəcəklər. Qeyd edək ki, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının baş rejissoru, Əməkdar İncəsənət Xadimi Bəhrəm Osmanovun quruluşunda hazırlanmış bu səhnə əsərində keçinin timsalında xudpəsəndlik, tənbəllik, yalan və lovğalıq kimi mənfi cəhətlər tənqid olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə