Bakıda 500 musiqiçinin iştirakı ilə “Jara” beynəlxalq festivalı keçiriləcək
Günəşli Bakıya “Jara” gəlir. İyulun 27-dən 30-dək Bakıda – Xəzərin qumlu sahilindəki möhtəşəm “Sea Breeze Resort” istirahət mərkəzində 500 musiqiçinin iştirakı ilə “Jara” beynəlxalq festivalı keçiriləcək. Bu böyük musiqi bayramının səhnəsini dünyaca məşhur Alla Puqaçova, Sofiya Rotaru, Filip Kirkorov, Nikolay Baskov, Layma Vaykule, EMİN, Qriqori Leps, Oleq Qazmanov və onlarla digər estrada ulduzu paylaşacaq.
Bakıda ikinci dəfə keçirilən festival geniş tamaşaçı auditoriyası toplayıb. Bu beynəlxalq festivala təkcə paytaxtımızın sakinləri deyil, dünyanın müxtəlif guşələrindən musiqi həvəskarları böyük maraq göstərirlər. Festivalın iştirakçıları və çoxsaylı qonaqları artıq Bakıdadırlar. Tamaşaçılar indidən “Jara”nın hərarətini hiss edir, bu musiqi bayramının həyəcanını yaşayırlar.
Festivalın proqramını bir daha xatırlatmaq yerinə düşər. Açılış günündə - iyulun 27-də səhnəyə Vera Brejneva, Qriqori Leps, SEREBRO qrupu, Aleksey Vorobyov, LOBODA, Yolka, MBAND qrupu, Ani Lorak, Valeriya, Anita Tsoy, Jah Xalib, Maks Barskix, Potap və Nastya, MONATİK, “Vremya i Steklo”, EMİN, Yeqor Krid, MOT və başqaları çıxacaqlar.
İyulun 28-də Sofiya Rotarunun 70 illiyi şərəfinə yubiley konserti olacaq. Konsertdə Potap və Nastya, Timur Rodrigez, Artik & Asti, LOBODA, MBAND qrupu, Slava, Ani Lorak, Аlekseyev, Valeriya, Qriqori Leps, “Vremya i Steklo”, EMİN, İrina Dubtsova, Qlyk'oza, Nikolay Baskov və başqaları Sofiya Rotarunun ən yaxşı mahnılarını müasir tərzdə ifa edəcəklər.
İyulun 29-da Alla Puqaçovanın yaradıcılıq gecəsi təşkil ediləcək. Primadonnanın sevimli hitlərini müasir tərzdə və dəbli aranjimanda ən parlaq ulduzlar - Filip Kirkorov, A’Studio, LOBODA, Qriqori Leps, Valeri Meladze, EMİN, Ani Lorak, Dima Bilan, Layma Vaykule, Kristina Orbakayte, Oleq Qazmanov, Diana Arbenina, Aleksandr Panayotov, Slava və başqaları səsləndirəcəklər.
Festivalın bağlanış günü – iyulun 30-da Qriqori Lepsin gecəsi olacaq. Tamaşaçıları maraqlı duetlər, məşhur hitlərin fərqli ifası, parlaq musiqi nömrələri gözləyir. Həmin gün Sergey Lazarev, IOWA, Dima Bilan, Nərgiz, Valeri Meladze, LOBODA, Aleksandr Panayotov, Diana Arbenina, EMİN, Nikolay Baskov, Qlyuk’oza, Soso Pavliaşvili, Stas Pyexa, Lolita, Maksim Fadeyev, Aleksandr Marşal və başqaları çıxış edəcəklər.
“Jara”nın təşkilatçıları Emin Ağalarov, Qriqori Leps, Sergey Kojevnikov, aparıcıları isə Andrey Malaxov, Yana Çurikova və Maksim Qalkindir.
Müsahibələrinin birində ötənilki “Jara”nın uğurunu xatırladan EMİN deyir: “Etiraf edim ki, “Jara”nın möhtəşəmliyi hətta mənim özümü belə təəccübləndirir – mən indiyədək anlaya bilmirəm ki, bunların hamısı Nardaranda - Sea Breeze Resortda sığışaraq böyük uğurla televiziyada nümayiş olundu. “Jara-2016” həmkarlarım tərəfindən yaddaqalan oldu və artıq festival bitəndən sonra onlar məndən növbəti festivalın nə zaman keçiriləcəyini soruşaraq, öz konsert cədvəllərini ona uyğun tərtib etmək istədiklərini bildirdilər. Hamı Bakıya gəlmək istəyir və bu, çox xoş bir haldır. Bu gün artıq aydındır, biz elə bir brend yaratmışıq ki, o, özü ilə digər layihələri çəkib gətirir. Biz “Jara” musiqi kanalını işə saldıq və Rusiya ərazisində, bizim “VEGAS Krokus City” ticarət və əyləncə mərkəzində hər iki aydan bir artistlərin iştirakı ilə “VEGAS-da Jara” şousu keçirilir. “Jara” artıq sadəcə festival deyil, böyük musiqi platformasıdır”.
Emin Ağalarov bildirib ki, bu il festivalın fəxri qonaqları qismində “Jara-2017”yə xarici şou-biznesin tanınmış mütəxəssisləri də dəvət olunublar. Artistlər, musiqiçilər, rəqqaslar və onları müşayiət edənlərlə birlikdə Bakıya 500-dən çox qonaq gəlib. Bundan başqa, 100 nəfərə yaxın texniki heyət, mətbuat nümayəndələri və tərəfdaşlarımız da var. Hər gün festivalda 35-40 solo və duet nömrələr nümayiş olunacaq. Dörd gün ərzində xarici və Azərbaycan artistlərinin “Jara” üçün xüsusi olaraq hazırlanan 150-dən çox aranjiman, duet və müxtəlif kollaborasiyalar baxımından nadir çıxışlarının şahidi olacağıq. Bu il çoxsaylı tamaşaçı tutumu olan fan-zona yaradılıb, VIP-masalar istisna olmaqla, 2 min oturacaq quraşdırılıb.
Qeyd edək ki, hazırda çoxlu yay musiqi festivalları keçirilir. Lakin əminliklə demək olar ki, “Jara” musiqi aləmində həqiqətən əlamətdar hadisəyə çevrilib. Bu, Rusiyanın və Azərbaycanın mədəni həyatında möhtəşəm və mühüm hadisəyə çevrilməklə yanaşı, həm də strateji tərəfdaşlar olan ölkələrimizin dostluq münasibətlərinin möhkəmlənməsinə, humanitar əlaqələrin genişlənməsinə töhfə verir.
Festivalın əhəmiyyəti təkcə bununla bitmir. Bu musiqi bayramı ölkəmizin iqtisadi həyatı üçün də önəmlidir. Əzəmətli musiqi bayramını izləmək üçün Azərbaycana gələn çoxsaylı qonaqlar ölkəmizdə turizm üçün yaradılmış şəraitlə də yaxından tanış olur, paytaxtımızın və regionlarımızın inkişafını öz gözləri ilə görürlər. Bu da Azərbaycan həqiqətlərinin və ölkəmizin turizm potensialının təbliği baxımından xüsusi önəm daşıyır.
“Jara”nın təşkilatçıları bildirirlər ki, əlbəttə, dövlət səviyyəsində kömək olmadan bu miqyasda musiqi tədbirini təşkil etmək mümkün deyil. Onlar göstərilən yüksək diqqətə və dəstəyə görə Azərbaycan Prezidenti İlham Əliyevə, birinci xanım Mehriban Əliyevaya və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya dərin minnətdarlıqlarını bildirirlər.(AZƏRTAC)
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
Dilan Polata ŞOK - istirahət etdiyi oteldə mühafizəçisi öldürüldü!
Şou-Biznes 3 İyun 23:28Kafedən oğurluq edənlər saxlanılıb
Hadisə 3 İyun 23:18Tramp gələn ay İstanbula yollanır
Siyasət 3 İyun 23:06Zəngilanda növbəti əmək yarmarkası keçirilib
Sosial 3 İyun 22:29Britaniyada helikopter qəzaya uğrayıb, 3 nəfər ölüb
Dünya 3 İyun 22:18AB və Azərbaycan arasında mühüm RAZILAŞMA
Siyasət 3 İyun 22:07Toyota Corolla idman hetçbekinin radikal versiyasını təqdim etdi...
Texnologiya 3 İyun 21:57Cennifer Lopez “Anna October” ətəyində görüntülənib...
Dəb 3 İyun 21:45Ürək xəstəliyindən ölüm riskini 63 faiz azaldan bir orqan müəyyən edilib...
Səhiyyə 3 İyun 21:36Spielberq Fordun əvəzinə İndiana Consun kim ola biləcəyini açıqladı...
Mədəniyyət 3 İyun 21:24Əfsanəvi Ford Escort yenidən həyata qaytarıldı...
Texnologiya 3 İyun 21:13Putin Hindistandan kütləvi şəkildə miqrant işçilər idxal edir…
Dünya 3 İyun 21:05Belaruslu 150-dən çox ölkəni gəzib doğma kəndinə qayıtdı...
Maraqlı 3 İyun 20:53Britaniya avtomobili geri döndü...
Texnologiya 3 İyun 20:44Diş həkimi diş fırçasını saxlayarkən edilən ölümcül bir səhvi açıqladı...
Səhiyyə 3 İyun 20:35Alkoqoldan imtina etdikdən sonra qaraciyər necətez bərpa olunur?
Sosial 3 İyun 20:23Zəhərli hava: niyə fumigatoru bütün gecə işlətməməlisiniz...
Maraqlı 3 İyun 20:14Yadplanetlilər tapılıb, amma elm adamları...
Maraqlı 3 İyun 20:05Fransada elektrikli nəqliyyatın populyarlığı rekord həddə çatıb
Texnologiya 3 İyun 19:53Quran oxumaq Harvardda ənənəyə çevrilib..?
Təhsil 3 İyun 19:44Putin Dnestryanını itirəcəkmi..?
Dünya 3 İyun 19:36“Putin bütöv bir gizli sistem yaradıb…”
Dünya 3 İyun 19:24Rusiyadan Ermənistana səs verməyə gələnlər hərbi təlimə göndərəcək?..
Dünya 3 İyun 19:13Süni intellekt botu yaradan bir Disney rəhbəri onu öz oğlu hesab edir...
Texnologiya 3 İyun 19:05Hicablı qız nifrətə yumorla cavab verir...
Dünya 3 İyun 18:53Reuters: Kreml çətin bir seçimlə üzləşir...
Dünya 3 İyun 18:44Rus deputat Ukrayna Silahlı Qüvvələrinin üstünlüyünü elan etdi...
Dünya 3 İyun 18:36“Onlar “doğma liman”larına qayıdacaqlar”..?
Dünya 3 İyun 18:23Mədən fövqəladə halları Çinin enerji artımının xərclərini üzə çıxardı...
Dünya 3 İyun 18:15Bloomberg: Rus milyarderlərinin imperiyaları çökür...
Dünya 3 İyun 18:03"Dövlət proqramı minlərlə ailənin həyatını dəyişib" - POLİTOLOQ
Siyasət 3 İyun 16:36AFFA üç kluba texniki məğlubiyyət verib
İdman 3 İyun 16:35Bəzi çaylardan sel keçəcək
Hadisə 3 İyun 16:34Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib
Sosial 3 İyun 16:33Ramin Məmmədov "Cümə" və "İmam Əli" məscidlərini ziyarət edib
Sosial 3 İyun 16:30Termos qablar sağlamlıq üçün təhlükəlidirmi? - AÇIQLANDI
Sosial 3 İyun 16:26KOBİA: İnvestisiya Portalında indiyədək 170-dən çox layihə yerləşdirilib
Sosial 3 İyun 16:21PAŞA Kapital 2025-ci ilin maliyyə nəticələrinə həsr olunmuş mətbuat konfransı keçirib
İqtisadiyyat 3 İyun 16:07Adil Kərimli Şuşada vətəndaş qəbulu keçirəcək
Sosial 3 İyun 16:07Azərbaycanda vahid büdcə təsnifatı yenilənib
Siyasət 3 İyun 16:02Kreditini Birbank-a gətirənlər 6%-dək endirim qazanır – kampaniya davam edir
İqtisadiyyat 3 İyun 15:58Mövsümi meyvələr bu il niyə əvvəlki illərlə müqayisədə daha bahadır? -EKSPERT DANIŞDI
İqtisadiyyat 3 İyun 15:16Azərbaycanın U-20 millisi Qəbələdə Pakistan yığması ilə qarşılaşacaq
İdman 3 İyun 15:10“XXI Əsrin Qadınları” İB Şamaxıda tədbir keçirib - FOTO
Sosial 3 İyun 15:02Azərbaycanın uğurlu enerji strategiyası: Əsrin Müqaviləsindən qlobal liderliyə
Siyasət 3 İyun 14:58"Milli kibertəhlükəsizlik strategiyası təkmilləşdirilir" - POLİTOLOQ DANIŞDI
Siyasət 3 İyun 14:56"Azərbaycan iqlim dəyişikliklərinin təsirlərini azalda bilər" - EKOLOQ DANIŞDI
Sosial 3 İyun 14:48"Ukrayna diplomatik mövqeyini sərtləşdirir" - ŞƏRH EDİLDİ
Siyasət 3 İyun 14:42SOCAR Yaponiya şirkəti ilə birgə layihələrin icrasını nəzərdən keçirib - FOTOLAR
İqtisadiyyat 3 İyun 14:02AERA damüstü günəş enerjisində yeni biznes modelinin üstünlüklərini açıqlayıb
İqtisadiyyat 3 İyun 14:01Azərbaycanın U-21 millisi Pakistanla yoldaşlıq görüşü keçirəcək
İdman 3 İyun 13:53İllərlə gözlədiyimiz bir anın hüquqi bazası, çərçivəsi yaranır - Səkinə Əliyeva
Siyasət 3 İyun 13:50Böyük Qayıdış 5 milli prioritetdən biridir - Dövlət Komitəsinin sədr müavini
Siyasət 3 İyun 13:48Azərbaycanda 76 yeni abidə dövlət mühafizəsinə götürüləcək - FOTOLAR
Mədəniyyət 3 İyun 13:45Qida yuxuya təsir edir? - EKSPERT AÇIQLADI
Sosial 3 İyun 13:22Mədəniyyət Nazirliyi xaricdə təhsilin maliyyələşdirilməsi ilə bağlı sənəd qəbulu elan edib
Mədəniyyət 3 İyun 13:21Yasamalda marketlərdən oğurluq edən şəxslər saxlanılıb
Hadisə 3 İyun 13:17Avropada islamofobiya hakimiyyətlərin göstərişləri ilə həyata keçirilir - TƏHLİL
Siyasət 3 İyun 13:16Şəhəri yalnız binalar deyil, davranışlarımız da gözəlləşdirir
Köşə yazıları 3 İyun 12:48Sabah Azərbaycanda 31 dərəcə isti olacaq
Sosial 3 İyun 12:47Braziliyada ardıcıl köpəkbalığı hücumları insanlar arasında təşviş yaradıb
Dünya 3 İyun 12:40Trampdan süni intellektlə bağlı yeni sərəncam
Dünya 3 İyun 12:39“Zara” müştərilərinin məlumatları sızdırılıb
Dünya 3 İyun 12:381 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü Musiqi Məktəbində qeyd edilib - FOTOLAR
Mədəniyyət 3 İyun 12:37"Gəncə"nin voleybolçusu Olena Napalkova Ukrayna millisinə dəvət alıb
İdman 3 İyun 12:10"Azərbaycan etibarlı enerji tərəfdaşı kimi mövqeyini möhkəmləndirir" - ŞƏRH
Siyasət 3 İyun 12:03Uşaqlarda immunitetin formalaşması
Səhiyyə 3 İyun 11:31Dünya bazarında qızıl 31 dollardan çox ucuzlaşıb
İqtisadiyyat 3 İyun 11:04Azərbaycan Banqladeşlə enerji əməkdaşlığını müzakirə edib
İqtisadiyyat 3 İyun 11:03Hövsanda qaz kəsiləcək
İqtisadiyyat 3 İyun 11:02Sahibə Qafarova Belqradda Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib
Siyasət 3 İyun 11:01Azərbaycan Almaniya ilə qaz tədarükü və enerji keçidini müzakirə edib
İqtisadiyyat 3 İyun 11:00Uzunömürlülüyün sirri genetikadır, yoxsa həyat tərzi? - ARAŞDIRMA
Sosial 3 İyun 10:56“Şirkətin aktivləri əvvəlki illə müqayisədə 18 faiz, təxminən 7 milyon manat artıb” -ELNUR FƏTULLAYEV
İqtisadiyyat 3 İyun 10:52“Xalis komissiya gəlirləri 1,25 milyon manat və ya təxminən 18 faiz artıb” -ELNUR FƏTULLAYEV
İqtisadiyyat 3 İyun 10:39“SOCAR və Kapital Bankın iri emissiyaları ilin mühüm maliyyə layihələri olub” -İSİ MUSTAFAYEV
İqtisadiyyat 3 İyun 10:38Milli səfərbərlik - MƏQALƏ
Siyasət 3 İyun 10:35“Repo bazarında əməliyyatların həcmi il ərzində təxminən 74 faiz artıb” -İSİ MUSTAFAYEV
İqtisadiyyat 3 İyun 10:34Süni intellektin cavabını nəşrə hazır materiala necə çevirmək olar?
Səhiyyə 3 İyun 10:17Özəl xəbərlər
Digər xəbərlər"Dövlət proqramı minlərlə ailənin həyatını dəyişib" - POLİTOLOQ
Siyasət 3 İyun 16:36Termos qablar sağlamlıq üçün təhlükəlidirmi? - AÇIQLANDI
Sosial 3 İyun 16:26Mövsümi meyvələr bu il niyə əvvəlki illərlə müqayisədə daha bahadır? -EKSPERT DANIŞDI
İqtisadiyyat 3 İyun 15:16
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9763
-0,11%
-
GBP
2,2883
-0,02%
-
RUB
2,3214
-2,01%



