ABŞ aktyoru Halina Hatçinsin ailəsi ilə razılığa gəlib

ABŞ aktyor Alek Bolduin 2021-ci ilin oktyabrında “Rust” filminin çəkilişləri zamanı ABŞ-ın Nyu-Meksiko ştatında baş verən ölümlə nəticələnən qəzada həlak olan operator Halina Hatçinsin ailəsi ilə razılığa gəlib. SİA xəbər verir ki, sövdələşməyə daxil olan maliyyə məbləği və ya digər detallar barədə məlumat paylaşılmayıb.

Qəzada ölən operatorun həyat yoldaşı Metyu Hatçins də məhkəmənin razılaşmanı təsdiqləyəcəyi təqdirdə işə xitam veriləcəyini və "Rust" filminin çəkilişlərinin 2023-cü ilin yanvarında davam etdiriləcəyini bildirib.

"Rust"da icraçı prodüser olaraq davam edəcək Hatçins, filmin həyat yoldaşını şərəfləndirmək üçün bitməsi lazım olduğuna diqqət çəkib: "Mən Balduini və ya prodüserləri günahlandırmaq fikrim yoxdur. Hamımız Halinanın ölümünün dəhşətli bir qəza olduğuna inanırıq".

Qeyd edək ki, fevral ayında açılan cinayət işində Bolduin və "Rust" film şirkəti, kameraman Hatçinsin ölümünə səbəb olan qəzada ehtiyatsız davranış və ucuz qiymətə görə kifayət qədər ixtisaslı kadrları işə götürməkdə günahlandırılıb. Aktyor Alek Bolduin 21 oktyabr 2021-ci ildə Nyu Meksikoda "Rust" filminin çəkilişləri zamanı istifadə etdiyi silahla 42 yaşlı operator alina Hatçinsi öldürüb, 48 yaşlı rejissor Coel Souza isə hadisədə çiynindən yaralanıb. Hadisədən sonra verdiyi ilk müsahibəsində Bolduin silahda canlı güllə olduğunu bilmədiyini, baş verənlərə görə dərin hüzn və təəssüf hissi keçirdiyini, lakin özünü günahkar hiss etmədiyini bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə