İsveçrədən 3 milyard frank paket

İqlim dəyişikliyi və isti dalğaları səbəbindən İsveçrədə buzlaqlar əridikdən sonra hökumət 3,2 milyard İsveçrə frankı paketi hazırlayıb. SİA xəbər verir ki, Federal Şura buzlaqların əriməsinin qarşısını almaq üçün Məclisə təqdim olunan tədbirlər paketinin qəbulundan sonra paketin təfərrüatlarını açıqlayıb. Bildirilib ki, buzlaqların mühafizəsi üçün ayrılan pullar “günəş enerjisi panellərinin quraşdırılmasına dəstək”, “yanacaq isitmə sistemlərinə davamlı alternativlərin istehsalı” və “binaların izolyasiyası” kimi fəaliyyətlərdə istifadə olunur ki, bu da ölkədə havanın temperaturunun artmasının qarşısını alır.

Bütün xəbərlər Facebook səhifəmizdə