Türk Hava Yolları 31 dekabr 2022-ci il tarixinə qədər uçuşları ləğv etdi

Türk Hava Yolları Rusiyanın hücumlarına görə Ukrayna hava məkanının mülki uçuşlar üçün bağlanmasından sonra Yekaterinburq, Minsk, Soçi, Ukrayna, Krasnodar və Rostov şəhərlərinə uçuşları dayandırma qərarını uzaddığını açıqlayıb. SİA xəbər verir ki, bu barədə Türk Hava Yolları məlumat yayıb. THY-nin sosial media hesablarından açıqlanıb ki, Yekaterinburq, Minsk, Soçi, Ukrayna, Krasnodar və Rostovdan 31 dekabr 2022-ci il tarixinə qədər (daxil olmaqla) uçuşlar ləğv edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə