“Ukrayna-Rusiya probleminin sülh və danışıqlar yolu ilə həlli tərəfdarıyıq”

“Biz Qara dənizində həmsərhəd ölkələrin sülh, əmin-amanlıq, təhlükəsizlik və firavanlıq şəraitində yaşamasının tərəfdarıyıq”.

SİA-nın yerli bürosunun xəbərinə görə, bunu Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar deyib.

O, qeyd edib ki, Türkiyə yaranan bütün problemlərin sülh danışıqları və dialoq yolu ilə həll edilməsinin tərəfdarıdır: ‘Bu yolda indiyədək üzərimizə düşən hər şeyi etmişik, bundan sonra da edəcəyik. Bu, bizim əsas və məlum mövqeyimizdir, buna sadiqiq. Biz, NATO və Türkiyə olaraq, təmaslarımız çərçivəsində bunları davam etdiririk’.

Nazir əlavə edib ki, Ukrayna və Rusya arasında olan gərginlikdə Türkiyə prezidentinin vasitəçilik rolu çox mühüm, faydalıdır və nəticələrə ciddi təsir edəcək.

‘Əgər tərəflər (Rusiya və Ukrayna – red. ) bu məsələdə razılığa gəlsələr, hesab edirik ki, belə bir təşəbbüsün irəli sürülməsi həm iki ölkə arasında münasibətlərin yaxşılaşdırılması, həm də münaqişənin bölgə və regiona mənfi təsirinin qarşısı alınması baxımından böyük əhəmiyyət kəsb edəcək. Hesab edirəm ki, bu böhranın dinc vasitə və üsullarla həlli təkcə iki ölkə üçün deyil, ümumilkidə bütün region, hətta dünya üçün vacibdir’, - deyə Akar vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə