...Terrorçuların hücumu zamanı 29 hərbçi öldürülüb

Nigerdə silahlıların Burkino-Faso ilə sərhəddəki Saxel G5 hərbi qüvvələrinin qərargahına hücumu nəticəsində 29 hərbçi həlak olub.

SİA xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.

Məlumata görə, hücum nəticəsində 79 terrorçu məhv edilib. Hadisəyə görə məsuliyyəti heç bir qruplaşma üzərinə götürməyib.

Qeyd edək ki, Mali ərazisində silahlanan “Əl Qaidə” və İŞİD tez-tez Nigerdə və Burkina-Fasoda terror aktları törədirlər. Bu səbəbdən Nigerlə Burkina-Faso hərbçiləri birlikdə antiterror əməliyyatları keçirir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...

Digər layihələrimiz


Tərəfdaşlarımız


VTB