NATO yeni strateji konsepsiya üzərində işləyir TƏHDİDLƏRƏ HAZIR OLMAQ ÜÇÜN

NATO alyansa dəyişən dünyada yeni təhdidlərə hazırlaşmaq imkanı verəcək yeni strateji konsepsiya üzərində işləyir. SİA xəbər verir ki, bu sözləri ABŞ-ın dövlət katibi Entoni Blinken çərşənbə günü NATO xarici işlər nazirlərinin görüşünün yekunlarına dair mətbuat konfransında deyib.

"Biz NATO üçün yeni strateji konsepsiyanın işlənib hazırlanmasında irəliləyirik və bu, alyansın dəyişən dünyada yeni yaranan təhdidlərə hazır olmasını təmin edəcək", deyə Blinken bildirib.

Konfransın yayımı Dövlət Departamentinin saytında da olub.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə