Nigeriyalı müəllimlərə qənim kəsilənlər...

Nigeriyada son 11 il ərzində terrorçular tərəfindən 2000-dən çox müəllimi öldürülüb

“Son 11 ildə Nigeriyanın Adamava, Borno və Yobe ştatlarında "Boko Haram" terror qruplaşması tərəfindən 2300-ə yaxın müəllim öldürülüb, daha 19 min nəfər isə didərgin düşüb”.

SİA yerli "Leadership" nəşrinə istinadən xəbər verir ki, bunu Şimal-Şərqi Nigeriya İnkişaf Komissiyasının icraçı direktoru Məhəmməd Alkali deyib.

M.Alkali bildirib ki, Nigeriyanın şimal-şərqində təhsil artıq tənəzzülə uğrayıb, “Boko Haram”ın hücumları ilə təhsildə dərin böhran yaranıb. Onun sözlərinə görə, 2014-cü ildən bəri, təxminən 1500 məktəb dağıdılıb.

Qeyd edək ki, bundan əvvəl Nigeriya Prezidenti Muhammed Buhari ölkədə 12 milyondan çox şagirdin quldurlar tərəfindən pul qarşılığında qaçırılacaqlarından qorxaraq məktəbə getməkdən imtina edir.

Bütün xəbərlər Facebook səhifəmizdə