Rejissor çəkiliş meydanında ölüb

Nyu-Meksikada “Rust” filminin çəkilişləri zamanı aktyor Alek Bolduinin atəş açdığı silahdan ekipaj üzvlərindən biri ölüb, digəri isə yaralanıb. Dəhşətli qəzanın baş verdiyi film setindən ilk kadrlar yayımlanıb. Aktyor Alek Bolduinin danışa bilməyəcək qədər şokda olduğu bildirilib. SİA xarici mətbuata istinadən bildirir ki, Nyu-Meksikada 68 yaşlı aktyor və prodüser Alek Balduinin baş rolda olduğu “Rust” filminin çəkilişləri zamanı təsadüfən atəş etdiyi silah bir işçini öldürüb, digərini isə yaralayıb. Ölən şəxsin 42 yaşlı kinorejissor Halyna Hutçins olduğu müəyyən edilib. Qadının helikopterlə xəstəxanaya aparıldıqdan sonra dünyasını dəyişdiyi açıqlanıb.

Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə