ÜST: Köçkünlər Covid-19 peyvənd proqramından faydalana bilməz

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatlarına görə ən az 46 milyon məcburi köçkün Covid-19 peyvənd proqramından yararlana bilmir. SİA xarici mətbuata istinadən verdiyi məlumata görə, Guardianın hesabatında, ÜST mart ayında apardığı sahə araşdırmalarında peyvənd proqramlarına daxil olmayan milyonlarla immiqrant, qaçqın, sığınacaq axtaran və köçkünlərin vəziyyətini araşdırdı.

Tədqiqat dünyada ən azı 46 milyon insanın milli peyvənd kampaniyalarına daxil edilmədiyini və bu səbəbdən vaksinasiya olunmadığını aşkarlayıb.

ÜST sorğusunda araşdırılan 104 milli proqramın yüzdə 70-nin 30 milyondan çox immiqrantı xaric etdiyi ifadə edildi. Hindistanda 4.9 milyon və Fil Dişi Sahilində 2.6 milyon immiqrant hələ peyvənd əldə edə bilməyib.

Kolumbiyada 1,8 milyon, Suriyada 590 min, Keniyada 489 min qaçqın və sığınacaqda qalan insan vaksinasiyadan kənarlaşıb.

Əlavə olaraq, ölkələrindən didərgin düşmüş təqribən 11.8 milyon daxili mühacir milli peyvənd proqramlarından xaric edilmişdir. Bu səbəblə Nigeriyada 2.7 milyon, Hindistanda 1 milyon insanın peyvənd edilməsi mümkün görünmür.

Bu arada insan haqları təşkilatları, bütün miqrantlar, sığınacaq axtaranlar və digər köçkün qruplar aşılansa da, dünyada 60-80 milyon insanın terror təşkilatları və ya üsyançıların nəzarətindəki bölgələrdə peyvənd ala bilməyəcəkləri barədə xəbərdarlıq edirlər.

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə