Puerto Rikoda fövqəladə vəziyyət elan edildi - SƏBƏB?

Puerto Rikoda qadınlara qarşı şiddətin qarşısını almaq üçün fövqəladə vəziyyət elan edilib. Hər həftə orta hesabla bir qadının zorakılıq səbəbiylə öldüyü Puerto Rikoda fövqəladə vəziyyətin tətbiq edildiyi müddətdə qadınları qorumaq üçün bir sıra tədbirlər həyata keçiriləcək.

SİA "euronews"-a istinadən xəbər verir ki, alınacaq tədbirlər çərçivəsində homoseksuallar və transseksuallar da qorunacaq. Bu insanlar cib telefonlarına yüklənən təqibetmə proqramı vasitəsilə təhdid və təhlükə olduğu anda təhlükəsizlik güclərindən kömək istəyə biləcəklər.

Qurulacaq komitə vasitəsi ilə həyata keçiriləcək tədbirlərin effektivliyini təmin etmək üçün səylər göstəriləcək. Bu komitə qadınları qorumaq üçün yeni təkliflər təqdim etmə fürsəti də əldə edəcək.

Puerto Riko valisi Pedro Pierluisi yazılı açıqlamasında bildirib ki, görülən tədbirlər uzun müddətdir ölkədə qadınlara qarşı zorakılıq edənlərə qarşı mübarizə məqsədi daşıyır: "Verilən qurbanlar sistematik olaraq vəhşilik, bərabərsizlik, ayrıseçkilik, təhsil çatışmazlığı, rəhbərlik çatışmazlığı və hər şeydən əvvəl görülməyən tədbirlərin nəticəsidir".

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...