Almaniya vətəndaşı təkrar yeni növ koronavirusa yoluxandan sonra vəfat edib

Almaniya vətəndaşı təkrar yeni növ koronavirusa yoluxandan sonra vəfat edib

Almaniya sakini təkrar yeni növ koronavirusa yoluxandan sonra vəfat edib.

SİA-nın məlumatına görə, bu barədə Baden-Vürtemberq federal torpağının Səhiyyə Nazirliyindən bildiriblər.

Bildirilir ki, təkrar koronavirusa yoluxmadan sonra ölüm halı ölkədə ilk dəfə qeydə alınıb.

Qeyd edilir ki, 73 yaşlı şəxs ilk dəfə koronavirusa 2020-ci ilin aprel ayında, ikinci dəfə isə dekabr ayında yoluxub.

Bütün xəbərlər Facebook səhifəmizdə