Rusiya Prezidenti Vladimir Putin bu gün Krımda yeni döyüş gəmilərinin təməlinin qoyulması mərasimində iştirak edəcək. SİA-nın məlumatına görə, bu barədə Kremlin sözçüsü Dmitri Peskov açıqlama yayıb.

Bildirilib ki, bununla da gəmilərin tikinti mərhələsi başlayacaq.

Putin daha sonra “Severodvinsk”, “Sevmaş”, “Severnaya Verf” inşaat təsisləri ilə keçirilək videokonfransa qatılacaq.

Rusiya prezidentinin bugünkü iş proqramında beynəlxalq telefon danışıqları da yer alıb.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə