Son sutka ərzində Pakistanda 2980 nəfər COVID-19 infeksiyasına yoluxub

Son sutka ərzində Pakistanda 2980 nəfər COVID-19 infeksiyasına yoluxub və belə xəstələrin sayı 237 min 980 nəfərə çatıb.

SİA xəbər verir ki, 24 saat ərzində koronavirusdan 83 pasiyent dünyasını dəyişib və ölənlərin sayı hazırda 4922 nəfərdir.

Məlumatda qeyd olunur ki, ölkə xəstəxanalarında 91 min 602 virus daşıyıcısı var, 2236 pasiyentin vəziyyəti ağırdır.

Bütün xəbərlər Facebook səhifəmizdə