Güclü Atlantik qasırğası mövsümü gözlənilir ABŞ-da

ABŞ-da normadan daha yüksək təhlükəli Atlantik qasırğası mövsümü gözlənilir.

SİA-nın məlumatına görə, bu barədə ABŞ Milli Okean və Atmosfer İdarəsinin (NOAA) müdiri Neyl Yakobs videokonfransda danışıb.

O bildirib ki, təhlükə 60 faizdir. Qasırğaların kateqoriyaları isə 3-6 aralığında dəyərləndirilir.

İdarənin nəzdindəki Milli Hava və İqlim Proqnozları Mərkəzi saatda 63 km və daha böyük sürətli küləkləri olacaq 13-19 arasında fırtına proqnozlaşdırır.

Orta hesabla bir qasırğa mövsümündə Atlantik okeanında 6-sı qasırğa və 3-ü böyük qasırğa olmaqla, 12 qeydə alınmalı fırtına baş verir.

Atlantik qasırğa mövsümü iyunun əvvəlindən noyabrın sonuna qədər davam edir. Okeanda hər 4 ildə ən az bir dəfə 5-ci kateqoriyaya aid qasırğa qeydə alınır. Bu il də eyni səviyyədə qasırğanın başvermə ehtimalı var.

Qeyd edək ki, ABŞ hazırda koronavirusun ən çox yayıldığı ölkədir. Burada 1 milyon 620 min 402 nəfər infeksiyaya yoluxub, 96 min 354 nəfər ölüb.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...