İtaliyanın şimalında körpü çöküb

İtaliyanın şimalındakı 260 metrlik körpü naməlum səbəbdən çöküb. Hadisədə iki yük maşınının sürücüsü, Covid-19 epidemiyası ilə əlaqədar görülən ciddi tədbirlər səbəbindən yüngül xəsarət alıb. 2018-ci ildə İtaliyada çökən başqa bir körpü 43 nəfərin ölümünə səbəb olub. SİA bunu xarici KİV-lərə istinadən xəbər verir.

Çərşənbə günü Aulla şəhəri yaxınlığında SS330 magistral yolundakı 260 metrlik körpü çöküb. Ölkədə tətbiq olunan komendant saatı ilə əlaqədar olaraq nəqliyyat sıxlığı olmayan dağılmış körpüdə 2 yük maşını sürücüsü yüngül xəsarət alıb.

Nəqliyyat Nazirliyindən edilən yazılı açıqlamada, 2018-ci ildən bəri bölgədəki yolları nəzarət altında saxlayan ANAS şirkətindən ətraflı bir hesabat tələb olunduğunu açıqlanıb.

İtaliyalı millət vəkili Deborak Bergamini, "Baş verənlər çox ciddidir. Körpü ilə əlaqədar ilk şikayətlər 2013-cü ildə edilib, ancaq iqtisadi itkilərə səbəb olacağı üçün körpünün vəziyyəti təqib edilməyib" deyə bildirib.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə