Daşkənddə ilk dəfə “əkiz” göydələn tikiləcək

Daşkəndin mərkəzində ilk dəfə 1 milyard dollar dəyərində 230 metr hündürlüyündə 50 mərtəbəli “əkiz” göydələn tikiləcək. SİA xəbər verir ki, “Day and Night” investisiya layihəsi çərçivəsində salınacaq işgüzar mərkəzdə tikiləcək əkiz göydələnlərin zirvəsində Günəşi və Ayı təcəssüm etdirən iki dövr edən kürə yerləşdiriləcək.

İşgüzar mərkəz 1,2 milyon kvadratmetr ərazidə inşa olunacaq. Göydələnlərdən başqa burada 16 ticarət, yaşayış və mədəniyyət obyektləri tikiləcək, 20 min iş yeri yaradılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...