Əfqanıstanın şərqindəki Khost vilayətində əfqan və NATO əsgərlərinə hücum edilib. SİA-nın türk mətbuatına istinadan verdiyi məlumata görə, bomba yüklü motosikletlə edilən hücumda 14 nəfər həyatını itirib. Ölənlərdən 3-ü NATO əsgəri, 1-i isə onların tərcüməçisi olub. Digər bir hücumda isə 4 Əfqan polisi və 6 vətəndaş ölüb.

Qeyd edək ki, hücumları Taliban Terror təşkilatı öz üzərinə götürüb.

Ömər Xıdırov

Bütün xəbərlər Facebook səhifəmizdə