Kabardin Balkariyada üç silahlı öldürüldü

Kabardin Balkariyada qəsəbələrin birində yerləşən fərdi evdə üçü silahlı mühasirəyə alınıb. Ria.Novostiya istinadən SİA xəbər verir ki, hadisə Şukovo küçəsində baş verirb. Xəbər verilir ki, silahlı dəstə səhər saat 6:00 radələrində şəhərin Molodyojnaya, Puşkina, Janqeriyeva və İmalovo istiqamətlərində görünüblər. Polis əməkdaşları ətrafda yaşayan mülki əhalinin həmin bölgələrdən uzaqlaşdıraraq, oranı mühasirəyə alıblar. Onlara təslim olmaq üçün təklif verilsə də silahlılar bu təklifdən imtina edərək atəş açıblar və saat 6:30 radələrindən güclü atışma yaşanıb.

Bir neçə saat sonra hər üç silahlı öldürülüb, silahları isə ələ keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə